Ümmətin xüsusiləri kimlərdir?
Mьəllif: admin1
Tarix: 7-12-2017, 14:11
Ümmətin xüsusiləri kimlərdir?
Həzrət Peyğəmbər (s) buyurur: “Mənim ümmətimin avamları islah olmaz, məgər o halda ki, ümmətimin xüsusiləri islah olarsa”.

Bir nəfər soruşur: “Ümmətin xüsusiləri kimlərdirlər?”.

Həzrət (s) buyurur: “Mənim ümmətimin xüsusiləri dörd dəstədirlər:
1. Rəhbərlər.
2. Alimlər.
3. Abidlər.
4. Tacirlər”.

Başqa şəxs soruşur: “Necə?”.

Həzrət (s) buyurur: “Rəhbərlər – insanların çobanlarıdır. O zaman ki, çoban canavar olar, qoyunlar necə otlasın ki?!
Alimlər – insanların təbibidir. O zaman ki, təbib xəstə olar, xəstələri kim müalicə edər ki?!
Allahın abid bəndələri – insanların yol göstərənidir. Əgər yol göstərən yolunu azarsa, kim yol gedəni hidayət edə bilər ki?!
Tacirlər – insanların əmanətdarıdır. O zaman ki, əmanətdar xəyanət edər, kimə inanmaq olar ki?!”.

Allah Təala ümmətə Öz lütf nəzərlərini yetirsin, inşəallah.



/Deyerler.org/
Oxşar xəbərlər
«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031