Xoş əxlaqın və bəd əxlaqın gətirdiyi nəticələr – İmam Cəfər Sadiqin (ə) nəzərində
![]() Bu İmamlardan (ə) biri də İmam Sadiqdir (ə). İmamın (ə) nəzərində gözəl əxlaqın gətirdiyi nəticələr: 1. Ruzini artırar. İmam Sadiq (ə) buyurur: “Gözəl əxlaq ruzinin artmasına səbəb olar”. 2. Abadlıq və uzun ömür. İmam Sadiq (ə) buyurur: “Həqiqətən də gözəl əxlaq torpağın abadlığına və ömürlərin çoxalmasına səbəb olur”. 3. Günahları pak olar. İmam (ə) buyurur: “Gözəl əxlaq günahları əridər, necə ki, Günəş buzu suya çevirər”. 4. Dünyanın və axirətin zinəti olar. İmam (ə) buyurur: “Yaxşı əxlaq dünyada gözəlliyə, axirətdə isə genişliyə səbəb olar. Dində kamala çatmağın və Allaha yaxınlaşmağın mənbəyidir”. 5. Mücahid kimi savab əldə edər. İmam Sadiq (ə) buyurur: “Allah bəndənin yaxşı əxlaqına görə o savabı əta edər ki, hansını hər səhər və axşam Onun yolunda vuruşan mücahidə əta edər”. Pis əxlaqın nəticələri: 1. Əhli-Beytdən (ə) xaric olar. İmam Sadiq (ə) buyurur: “Bizdən deyildir o kəs ki, böyüklərimizə ehtiram göstərməz və kiçiklərimizə rəhm etməz”. 2. Əməli məhv olar. İmam (ə) buyurur: “Necə ki, sirkə balı məhv edər, pis əxlaq da əməli məhv edər”. /Deyerler.org/ Oxşar xəbərlər
|