Gözəl əxlaqın 10 komponenti
Mьəllif: admin1
Tarix: 7-12-2017, 11:03
Gözəl əxlaqın 10 komponenti

İmam Sadiq (ə) buyurur: “Gözəl əxlaq 10 şeydir, əgər bacarsan onlara malik ol. Bəzən bir şəxsdə o olur, övladında olmur. Bəzən övladında olur, atasında olmur. Bəzən qulda olur, azadda olmur”. Soruşurlar ki, onlar hansılardır? Həzrət (ə) buyurur:
1. Allah yolunda sadiq və şücaətlə vuruşmaq.

2. Düz danışmaq.

3. Əmanətdarlıq.

4. Sileyi-rəhm.

5. Qonağa qulluq etmək.

6. Yoxsula yemək vermək.

7. Yaxşılıqların əvəzini vermək.

8. Elə iş görməmək ki, qonşunun məzəmmətinə səbəb olsun.

9. Dostun haqqına riayət etmək.

10. O kəs ki, Xaliq və məxluq qarşısında həyaya malik olar”. (Həya bütün məkarim əxlaqın başında durur).

Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930