Peyğəmbərə (s) çatan salam
Mьəllif: admin1
Tarix: 12-10-2022, 10:41
Peyğəmbərə (s) çatan salam
Məaz ibni Cəməl Yəməndə Peyğəmbər (s) tərəfindən hakim təyin edilmişdi.

Həzrət (s) ona Səfinə adlı nökəri ilə məktub göndərir. Səfinə Yəmənə yollanır və yolun ortasında əyləşən bir şirə rast gəlir. Qorxusundan oradan keçə bilmir.

Ona görə də fəryad çəkib deyir: “Ey şir! Mən Allah Rəsulunun (s) elçisiyəm. Bu, onun məktubudur”.

Bu zaman şir onun qarşısından çəkilir.

O, cavabı alıb geri qayıdan zaman yolunun üstündə başqa vəhşi heyvan görür. Şirlə etdiyi həmin işi təkrar edir və canını qurtarır.

Mədinəyə gəlib çatır və Həzrətin (s) xidmətinə gedir. Başına gələnləri ona danışır. Peyğəmbər (s) buyurur: “Onun nə dediyini başa düşmədin?”.

Səfinə deyir: “Birinci heyvan dedi ki, Peyğəmbərin (s) halı necədir?”.

İkincisi dedi ki, mənim salamımı ona çatdır”.


/Deyerler.org/
Oxşar xəbərlər
«    May 2025    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031