Danışan canavar və Əmir Tayi
Mьəllif: admin1
Tarix: 30-11-2017, 10:13
Danışan canavar və Əmir Tayi
Əmir Tayi Mədinə şəhərinin ətrafında öz qoyunlarını otarırdı. Bir canavar sürüyə hücum edir ki, qoyunlardan birini tuta bilsin. Əmir canavarın qarşısını alır və qoyunları götürməyinə mane olur.

Canavar quyruğu üstündə oturub deyir: “Niyə Allahın mənə verdiyi ruziyə mane olursan?”.

Çoban deyir: “Heyrət! Canavar da danışa bilir”.

Canavar deyir: “Bundan da heyrətli o peyğəmbərdir ki, insanları keçmişdəkilərin halından agah edir”.

Çoban qoyunlarını götürüb Mədinəyə gəlir və Həzrət Peyğəmbərə (s) başına gələnləri danışır.

Həzrət (s) onu bayıra çıxardıb, buyurur: “Əhvalatını insanlara danış!”.


/Deyerler.org/
Oxşar xəbərlər
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031