Müdrik çoban Həzrət İsaya (ə) hansı 6 həqiqət barədə danışdı?
Mьəllif: admin1
Tarix: 20-03-2021, 23:07
Müdrik çoban Həzrət İsaya (ə) hansı 6 həqiqət barədə danışdı?
Həzrət İsa (ə) səfər edən zaman bir çobana rast gəlir.

Onunla söhbət edir. Deyir: “Ey çoban, ömrünü çobanlığa sərf etmisən. Əgər elm və bilik əldə etməyə sərf etsəydin daha yaxşı olardı”.

Çoban deyir: “Ey, Allahın peyğəmbəri! Mən bütün elmlərin 6 həqiqətini öyrənmişəm və ona əməl edirəm. Başqa elm öyrənməyə ehtiyacım yoxdur.

Birincisi budur ki, o zamana qədər ki, Allahın halalı süfrədədir, haram yemərəm. Allahın halalının heç bir zaman nöqsanı olmaz ki, mənim harama ehtiyacım olsun.

İkincisi budur ki, o zamana qədər ki, düzlük və doğruluq vardır, yalan danışmaram. Düz danışmaq heç bir zaman azalmaz ki, onun çatışmamazlığını aradan qaldırmaq üçün yalana ehtiyac duyum.

Üçüncüsü budur ki, öz eybimi gördüyüm üçün başqalarının eybinə diqqət etmirəm. Hələ ki, öz eybimdən xilas və pak olmamışam ki, başqalarının eyblərini axtarım.

Dördüncüsü budur ki, Allahın xəzinələrini boş görməyənə qədər insanların mal və sərvətinə tamah etmərəm. Allahın xəzinələri və ruzisi boşalmamışdır və boşalmayacaqdır da.

Beşincisi budur ki, o zamana qədər ki, iblis həlak olmayıb, onun vəsvəsəsindən qafil olmayacağam. Qiyamətə qədər də ölməyəcəkdir ki, mən onun vəsvəsələrindən amanda olum.

Altıncısı budur ki, ayağımı behiştə qoymayınca əzabdan amanda olmayacağam. Hələ ki, behiştdə deyiləm ki, özümü əzabdan nicatda görüm”.

Həzrət İsa (ə) onun dediklərini təsdiq etdi və ona dedi ki, bütün elmlər səndə cəm olmuşdur: “Əvvəlinci və axırıncı elm elə sənin dediklərindir”.


www.ahliman.info
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930