HAQQI GİZLƏTMƏK
![]() «Bəqərə» surəsinin 42-ci ayəsində oxuyuruq: «Haqqa nahaq (batil) don geyindirməyin, haqqı bilərəkdən gizlətməyin». Bu surənin 159-cu ayəsində isə haqqı gizlədən şəxslər, Allahın lənətinə düçar olanlar kimi qeyd olunmuşlar. «Göndərdiyimiz aşkar dəlilləri, haqq yolunu insanlara kitabda bəyan edəndən sonra bunları ört-basdır edənləri Allah və bütün lənət edənlər lənətləyir.» İslam Peyğəmbəri (s) buyurur: «Hər bir şəxsdən bildiyi bir mətləb soruşulduqda o, cavab verməkdən boyun qaçırsa, qiyamət günü atəşdən olan ip onun boynuna atılacaq». (Məcməül-bəyan, 1-ci cild, 240-cı səh. Səfinətül-bihar, 2-ci cild, 470-ci səh.) Oxşar xəbərlər
|