Haqqı gizlətmək niyə bu cür lənətlənir?
Mьəllif: admin1
Tarix: 7-06-2022, 11:07
Haqqı gizlətmək niyə bu cür lənətlənir?
Hər kim haqqı gizlədər, Allahın və mələklərin lənətinə düçar olar. Nəql olunur ki, bir dəstə müsəlman yəhudilərdən Peyğəmbərin (s) Tövratda gələn sifətləri barədə sual verirlər, ancaq onlar həqiqəti gizlədirlər.

"Həqiqətən (Muhəmmədin (s) peyğəmbərliyi və Kitabı barəsində) nazil etdiyimiz aydın dəlillər və hidayətləri kitabda (Tövrat və İncildə) insanlara bəyan etməyimizdən sonra, (onları) gizlədən kəslər – məhz onlardır Allahın lənətlədiyi və həmçinin (bütün) lənət oxuyanların lənətlədiyi kəslər!”. ("Bəqərə” 159).

Haqqı gizlətmək ancaq Həzrət Peyğəmbərə (s) aid deyildir, hər bir mövzuda haqqı gizlətmək günahdır. O yerdə ki, danışmalısan, susursansa – bu, haqqı gizlətmək sayılır.

Həzrət Peyğəmbər (s) buyurur: "Əgər kimdənsə bildiyiniz şeyi soruşsanız və o, gizlədərsə, Qiyamət günü onun ağzına atəşdən yüyən vurarlar”.

Hələ qədim zamandan indiyə qədər insanların haqqının tapdalanmasına səbəb olan böyük günahlardan biri də haqqı gizlətməkdir. İnsan fitri olaraq haqq ardıncadır və o kəslər ki, haqqı gizlədirlər – insan cəmiyyətini fitri təkamüldən saxlayırlar.

Əgər yəhudi və xristianlar Həzrət Peyğəmbər (s) haqqında bildiklərini aşkar etsəydilər və onu insanlara elan etsəydilər, bəlkə də bu üç din bir bayraq altında toplaşar və vahid din olardı.

"Və (yada sal) o zaman(ı) ki, Allah (səmavi) kitab verilmiş kəslərdən «mütləq, gərək onu(n həqiqətlərini) insanlara açıqlayasınız və gizlətməyəsiniz!» deyə əhd-peyman aldı. Belə olan halda onlar onu (həmin kitabı və əhd-peymanı) arxalarına atdılar (ona göz yumdular) və onun müqabilində az bir qazanc əldə etdilər. Buna görə də, onların həmişə əldə etdikləri şey nə qədər də pis bir şeydir”. ("Ali-İmran” 187).

İmam Əlidən (ə) soruşurlar: "İblis və Firondan sonra ən pis yaranmış kimdir?”. İmam (ə) buyurur: "Onlar fasid alimlərdir ki, batili deyir və haqqı gizlədirlər. Həmin o kəslərdir ki, Allah Təala onlar haqqında buyurmuşdur: "Məhz onlardır Allahın lənətlədiyi və həmçinin (bütün) lənət oxuyanların lənətlədiyi kəslər!””.

Haqqı gizlətməyin çirkinlikləri:

1. Mədəni zülm hesab olunur və ardınca Allahın və xəlqin lənətini gətirər.

2. Ən böyük günahlardandır, çünki insanların hidayətinə mane olur və tərəqqidən saxlayır.

3. Haqqı gizlətmək həm Allahın haqqına zülmdür, həm də insanların haqqına edilən zülmdür.

4. O zaman ki, Allah və mələklər lənət edərlər, təsiri tez bir zamanda cəmiyyətdə hiss olunar.



/Deyerler.org/
Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031