Bu 5 şeyi İmam Baqir (ə) vəsiyyət etmişdir
![]() İmam Baqir (ə) Cabir ibni Yazid Cufəyə xitab edərək buyurur: “Ey Cabir! Sənə beş şeyi vəsiyyət edirəm: Əgər zülmə məruz qaldınsa, zülm etmə. Əgər sənə xəyanət ediblərsə, sən xəyanət etmə. Əgər səni inkar edirlərsə, qəzəblənmə. Əgər səni tərifləyirlərsə, sevinmə. Əgər səni danlayırlarsa, küsmə. Bəlkə dedikləri barəsində düşün. (Əgər görsən ki, dedikləri düzdür – özünü islah et. Əgər görsən ki, düz deyildir, bil ki, özünü sənə borclu etmişdir. Bu borcu ödəmək üçün onun savablarını sənə verərlər. Günahlarını azaldar və onun əməl dəftərində qərar verərlər)”. Diqqət etsək, əziz İmamın (ə) buyurduğu bu beş nurani nəsihət bugünkü bəşərin itirdiyi beş şeydir. Bu beş nəsihət insanın ağıl və hisslərini etidal həddə saxladığı üçün, ona nicat verə bilər. Əgər insan bu beş nəsihətə əməl edərsə, uçmaq üçün iki qanada malik olar və onunla cavidan kamala doğru hərəkət edər. /Deyerler.org/ Oxşar xəbərlər
|