Ayətullah Behcətin tövsiyə etdiyi güclü təsiri olan hacət namazı
Mьəllif: admin1
Tarix: 19-07-2019, 15:41
Ayətullah Behcətin tövsiyə etdiyi güclü təsiri olan hacət namazı
Ayətullah Behcət öz tələbələrinə və yaxınlarına cümə axşamı günü qılınan bu namazı çox tövsiyə edər və buyurardı: “Ayətullah Seyyid Murtəza Kəşmiri nə zaman bu namazı qılardı, ona hədiyyə çatardı”.

Bu namazı qılmağın qaydası:

Dörd rükətli namazdır ki, iki rükət-iki rükət qılınar.

Birinci rükətdə “Həmd”dən sonra 11 dəfə “Tövhid” ("İxlas”) surəsini oxumaq.

İkinci rükətdə “Həmd”dən sonra 21 dəfə “Tövhid” ("İxlas”) surəsini oxumaq.

Üçüncü rükətdə “Həmd”dən sonra 31 dəfə “Tövhid” ("İxlas”) surəsini oxumaq.

Dördüncü rükətdə “Həmd”dən sonra 41 dəfə “Tövhid” ("İxlas”) surəsini oxumaq.

Namazı bitirəndən sonra 51 dəfə “Tövhid” ("İxlas”) surəsini oxumaq və 51 dəfə salavat demək lazımdır.

Sonra səcdəyə gedib, 100 dəfə “Ya Allah” demək.

Sonra Allahdan hacəti istəmək.

Həzrət Peyğəmbər (s) bu namaz haqqında buyurur: “Əgər Allahdan istəsə ki, dağı məhv etsin, dağ məhv olar. Yağış yağmağı istəsə, yağış mütləq nazil olacaqdır.

Həqiqətən onunla Allah arasında heç bir maneə olmaz. Allah Təala o kəsə ki, bu namazı qılar və hacətini Allahdan istəməz – qəzəb edər”.


(Deyerler.org)
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930