Əmirəl-möminin (ə) ədalət və insanlığı dünyaya hədiyyə verdi
Mьəllif: admin1
Tarix: 25-10-2021, 22:07
Əmirəl-möminin (ə) ədalət və insanlığı dünyaya hədiyyə verdi
Hüccətil-İslam vəl-müslimin Seyyid Hüseyn Haşimi Nicat Hüseyn (ə) əzadarları qarşısında çıxış edərək demişdir: “Nəbəvi hədisinə əsasən hər kim Əlinin (ə) fəzilətlərini eşidər, Allah qulağının günahlarını bağışlayar. Hər kim Əmirəl-möminin (ə) fəzilətlərini oxuyar, Allah gözünün günahlarını bağışlayar.

Bu hədisə əsasən, əgər kimsə Əlinin (ə) fəziləti ilə bağlı hədis yazarsa və həmin yazı aləmdə qalıcı olarsa, mələklər onun üçün bağışlanma istəyərlər.

Həzrət Peyğəmbər (s) buyurmuşdur: “Əli (ə) – ən üstün bəşərdir. Hər kim onun ən üstün olmasında şəkk edərsə, kafirdir”.

Vilayət nuru olan Əli (ə) mələklərin Adəmə (ə) səcdə etməsinin səbəbi idi. Həzrət (ə) ədalət və insanlığı dünyaya hədiyyə vermişdir.

Muhəmmədi və Ələvi nuru övladı Hüseyn ibn Əlidə (ə) qərar tutmuşdur. İbrahimin (ə) Xəlilallah adını qazanmasının səbəbi o idi ki, Muhəmməd (s) və Ali-Muhəmmədə (ə) çoxlu salavat göndərərdi.

Biz də gərək Əhli-Beyt (ə) yolunda addım ataq ki, bədbəxtlik və günaha düçar olmayaq”.


/Deyerler.org/
Oxşar xəbərlər
«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031