Günahların bağışlanması üçün hansı yollar var?
Mьəllif: admin1
Tarix: 25-07-2020, 22:19
Günahların bağışlanması üçün hansı yollar var?
"İnsan gərək özünü behiştdən azına satmasın".

Ancaq şeytanın tək hədəfi budur ki, insan cəhənnəmlik olsun. Ona görə də Məsumlardan (ə) başqa elə bir insan yoxdur ki, günahı olmasın. İnsan o zaman behiştə gedə bilər ki, günahları bağışlanılsın.

Əlbəttə, hər bir günah bağışlanası deyildir. Elə günahlar vardır ki, Allah onları bağışlamır, o cümlədən: Allaha şirk etməy, haqqun-nası, Allah və Məsumlar (ə) ilə düşmənçilik etmək kimi.

İnsan Allahın Yer üzündə xəlifəsi olarsa, behişt üçün xəlq olmuşdur. Əmirəl-möminin (ə) buyurur: “Sizin varlığınız üçün behiştdən savayı qiymət yoxdur, onu behiştdən başqasına satmayın”.

Allah Təala günahların bağışlanması üçün müxtəlif yollar tövsiyə etmişdir ki, onlardan bəzisinə işarə edək:

1. Həzrət Peyğəmbər (s) buyurur: “O kəs ki, Kəbənin ətrafına yeddi dəfə təvaf edər və iki rükət təvaf namazını qılar – Allah onu bağışlayar”.

2. İmam Sadiq (ə) buyurur: “Hər kim Hüseyn ibn Əlinin (ə) qəbrini ziyarət edər, günahları evinin qapısının önündə olan körpü qərar verilər. Nə zaman onun üzərindən keçsə, necə ki, sizlərdən biriniz körpüdən keçən zaman onu arxada qoyar (günahlarını arxada qoyar, yəni bağışlanar)”.

3. Həzrət Peyğəmbər (s) buyurur: “O kəs ki, mənə hər gündüz üç dəfə və hər axşam üç dəfə salavat göndərər, Allah lazım bilər ki, həmin gündüzün və gecənin günahlarını bağışlasın”.

4. İmam Səccad (ə) Qüdsi hədisi nəql edərək buyurur: “Allah Təala Musaya (ə) buyurur: “Ey Musa! Bilirsənmi ki, əgər bəndələrimdən olan bəndənin ki, günahları o qədər böyük olar ki, səmaya çatar, Mənə tərəf gələrsə, onu bağışlayaram. Bu iş Mənim üçün mühüm (çətin) deyildir?”.

Musa (ə) deyir: “Allahım, onu necə bağışlayarsan?”.

Allah buyurur: “Bəndəmdə olan bir yaxşı sifətinə görə. Mənim yanımda ən sevimli sifət odur ki, mömin yoxsullara məhəbbət göstərsin, onlarla həmkar olsun, onları özü ilə bərabər bilsin, onlara lovğalanmasın. O zaman ki, bu işi görər, Mən onun bütün günahlarını bağışlayaram.

Ey Musa! Bil ki, lovğalıq – Mənim qəbam, kibr – Mənim köynəyimdir. Hər kim bu iki şey ilə Mənimlə döyüşə qalxarsa, Mən cəhənnəm atəşi ilə ona əzab verərəm”.

5. Həzrət Peyğəmbər (s) əziz qızına buyurur: “Ey Fatimə! Hər kim sənə salavat göndərər, Allah onu bağışlayar və behiştin harasında olsam, (mənə) qoşular”.

6. İmam Əli (ə) buyurur: “Əgər tövbədən sonra yaxşı əməl və Allah itaətinə müvəffəq oldunuzsa, bilin ki, tövbəniz qəbul olmuşdur”.



/Deyerler.org/
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930