Əhli-təsənnünün böyük əksəriyyəti İmam Hüseyni (ə) sevir və yezidlərə lənət deyir
Mьəllif: admin1
Tarix: 12-08-2022, 19:24
Əhli-təsənnünün böyük əksəriyyəti İmam Hüseyni (ə) sevir və yezidlərə lənət deyir
Müsəlman çoxluğunun Aşura hadisəsinə baxışına görə, onları bir neçə dəstəyə bölmək olar. İmam Hüseyn (ə) aşiqləri öz yerində, müsəlmanların əsas hissəsi mötədil mövqedə qərar tutaraq, Əhli-Beyti (ə) sevənlərdəndirlər.

Kiçik dəstə isə azlıq təşkil edib, Bəni-Üməyyənin və Yezidin (lən) davamçılarıdırlar. Bu gün həmin dəstə vəhabi adı altında məhşur olub, Əhli-Beytin (ə) düşməni sayılırlar.

Mötədil mövqe tutan əhli-təsənnün haqqında demək olar ki, onlar bu hadisəyə görə çox narahat olub, qəmgin olurlar. Ona bais olanları lənətləyirlər.

Əhli-təsənnün mənbələrindən İmam Hüseynlə (ə) bağlı gələn hədislərə nəzər salaq. Bu hədislərin birində deyilir: "Bir gün Hüseyn (ə) kiçik olan zaman Peyğəmbərin (s) belində və boynunda oynayırdı.

Cəbrayil (ə) Peyğəmbərə (s) buyurur: "Onu sevirsənmi?”.

Buyurur: "Bəli”.

Cəbrayil (ə) buyurur: "Sənin ümmətin onu öldürəcəkdir”.

Sonra şəhadət yerini ona göstərir. Həmin yerdən qırmızı rəngdə bir ovuc torpaq götürür və Ümmi Sələməyə verir”.

Başqa bir hədisdə oxuyuruq: "O zaman ki, Hüseyn ibn Əli (ə) öldürüldü, səmanın üfüqü bir neçə ay qırmızı rəngə boyandı. Səmanın bu qırmızılığı onun ağlamasından hekayət edir”.

İbni Əbi Hatəm öz təfsirində yazır: "Səma dünya olan gündən bəri heç kəs üçün ağlamamışdır, məgər iki nəfərdən başqa. Biri Yəhya ibn Zəkəriyyadır və o birisi Hüseyn ibn Əlidir (ə)”.

Əhli-təsənnünün nəzərinə görə, Əhli-Beyt (ə) – Allahın imtahan vasitələridir. Belə ki, Peyğəmbərdən (s) belə bir hədis nəql edirlər ki, buyurub: "Siz məndən sonra tezliklə Əhli-Beytimlə (ə) bağlı imtahan olunacaqsınız”.

Bu imtahan tarixin sonuna qədər davam edəcəkdir. İnsanlar Aşura hadisəsində də imtahana çəkildilər, ancaq çox az insan bu imtahandan başıuca çıxa bildi. Bu gün də müsəlmanlar bu hadisə ilə bağlı imtahan olunmaqdadırlar.

O kəslər ki, İmamı və Əhli-Beyti (ə) sevər və onlara edilən zülmü pisləyər – onlar bu imtahandan başıuca çıxacaqlar. O kəslər ki, bu hadisəyə qarşı laqeyddirlər və Yezidi (lən) himayə edirlər – Qiyamət günü Peyğəmbər (s) qarşısında xar və zəlil olacaqlar.

Ona görə də deyə bilərik ki, əhli-təsənnünün agah alimləri Aşura hadisəsinə görə qəmlənir və matəm saxlayırlar. Baxmayaraq ki, bir çox insanlar bu hadisə haqqında lazımlı qədər məlumata malik deyildirlər, ancaq onlar da matəm saxlayır və öz adətlərinə uyğun olaraq əza məclisləri keçirirlər.

Əhli-Beytin (ə) düşməni olan dəstələr isə əksinə həmin günü bayram günü elan edər, şənlənər və bu günü oruc tutarlar. Əmr ibni Əbi Yusif nəql edir: "Mən eşitmişəm ki, Müaviyyə minbərdə demişdir ki, Aşura günü bayram günüdür. Hər kim istəsə oruc tutsun və hər kim istəməsə tutmasın”.

Məqrizi nəql edir: "Fatimilərin hökuməti zamanı Misirdə Aşura günü matəm bərpa olardı. Ancaq o zaman ki, Bəni Əyyub hökumətə gəlir, onlar Aşura günündə bayram keçirərdilər.

Yemək paylayardılar, hamama gedib təmizlənərdilər. Gözlərinə sürmə çəkərdilər. Onlar bu adəti Şam əhlindən götürmüşdülər ki, Əbdulməlik ibn Mərvanın zamanında Aşura gününü bayram edirdilər”.

Səqaf nəql edir: "Onlar bunu Kərbəla hadisəsini dəf etmək üçün edirdilər, ancaq Kərbəla hadisəsi öz əzəmətində qaldı və onlar xar və zəlil oldular”.



/Deyerler.org/
Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031