ƏN BÖYÜK ÇƏTİNLİK
Mьəllif: admin1
Tarix: 9-09-2021, 10:51
ƏN BÖYÜK ÇƏTİNLİK
Ən böyük çətinlik insanın oxuduqlarına, eşitdiklərinə biganə qalmasıdır. İnsan unutmamalıdır ki, elm əməl deyil! İnsanı elm yox, elmə əsaslanan əməl xilas edə bilər.

Təsəvvür edin ki, xəstə insan axtarışlar aparır, kitablar oxuyur, nəhayət, xəstəliyini və bu xəstəliyin müalicə yollarını öyrənir. Bununla iş bitirmi? Xəstəliyin diaqnozunu və müalicə yollarını bilməklə sağalmaq olarmı?

Cavab bir mənalıdır: Xeyr! Bəs necə ola bilər ki, Allaha yaxınlaşma, kamilləşmə yollarını öyrənmiş insan heç bir iş görmədən, başqa sözlə, bildiyinə əməl etmədən Allaha yaxınlaşa, kamilləşə?!

Xəstə dərmansız, müalicəsiz sağalmadığı kimi, dini elmləri oxumuş insan da oxuduğuna əməl etmədən iman qazana bilməz.

İnsan özünə suallar verməlidir:

- Bu vaxtadək kamilləşmək fikrində olmusanmı?

- Nəfsindəki, əxlaqındakı çirkin sifətləri tanıyırsanmı?

- Allahın göstərişlərinə əməl edirsənmi?

- Namazda fikrin harada olur?

- Heç ölüm haqqında düşünürsənmi?

- Qeybətdən, böhtandan, yalandan uzaqsanmı?

- Xums, zəkat, məzlumların haqqını ödəyirsənmi?

- Dostların kimdir, Allahın sənin dostlarından razıdırmı?


Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930