O zaman həkimlər çarə düşünə bilmir və yeganə yardım edən…
![]() İmam Hadi (ə) buyurur: “Ailən arasında can verəcəyin saatları xatırla ki, təbib bir iş görə bilməyəcək və tanışların sənin dadına çata bilməyəcəklər”. Hər kim ölümü yada salarsa, nəfsini tərbiyə edər və Qiyamətə, hesab verməyə hazırlaşar. Bu təfəkkür onu qəflətdən uzaqlaşdırar və rəzil sifətlərini aradan aparar. Çox təəssüf ki, bir çoxlarımız ölümlü olduğumuzu unuduruq. Unuduruq ki, ölüm elə bir həqiqətdir ki, heç kəs ondan qaça bilməz. Heç bir həkim ona çarə düşünə bilməz və heç bir yaxınlarımız bizim dadımıza çata bilməz. Bu anda insana yardım edə biləcək tək şey - əməllərimizdir. Nə dostlarımız və yaxınlarımız, nə də həkimlər və mütəxəssislər. Odur ki, bu dərkə uyğun bir həyat yaşayaq. /Deyerler.org/ Oxşar xəbərlər
|