Uzun arzular bizi Allahdan uzaqlaşdırar.
Mьəllif: admin1
Tarix: 4-04-2016, 20:48
Uzun arzular bizi Allahdan uzaqlaşdırar.

Uzun arzular şeytanın ən mühüm silahlarındandır ki, insana iki ziyan vurar:
Biri – cahillik və nadanlıqdır. Cahil cavanlığına etimad edər və ölümünü uzaq hesab edər. Ancaq diqqət etmir ki, insan sadəcə qocalanda ölmür, ölənlərin əksər hissəsi cavanlardır. Ani ölümün gələcəyini uzaq hesab edir. Ancaq bilmir ki, o qədər cavanları ani ölüm aparıb ki, sayı hesabı yoxdur. Onun üçün yayın və ya qışın fərqi yoxdur.

İkinci səbəbi də budur ki, uzun arzular insanda dünya sevgisi yaradar və insan dünyaya bağlanar. Ürəyində mal-dövlət, övlad, ailə, ev, minik sevgisi yer alar. Onlardan ayrılmaq onun üçün çətin olur. Ölüm barədə düşünməyə nifrət edir. Əgər bəzən də xatırlasa, özünü başqa şeylə məşğul edir. Uzun arzular ona təsəlli verir. Əgər axirəti xatırlasa, şeytan (lən) onu vədələrlə yolundan azdırır.
Yeniyetmə olan zaman deyir ki, hələ cavanlığın qabaqdadır və indi dünya ilə məşğul olmağın vaxtıdır, qocalan zaman tövbə edib, axirətə hazırlaşarsan. Cavan deyir ki, qocalmağıma hələ çox vardır, qocalanda tövbə edərəm. Qocalan zaman insan öz-özünə deyər ki, filan işimi qurtarım, tövbə edəcəyəm. Ya tarlamı becərim, sonra edəcəyəm, ya qızımı ərə verim, sonra edəcəyəm və s. Bir işi qurtaran kimi, başqa bir işi başlayır. Bu gün-sabah edir və nəhayət, ölüm onu yaxalayır.
Bəs uzun arzuları necə müalicə edək?
Uzun arzuları ölümü yada salmaqla müalicə etmək olar. Çünki insan əgər ölümü yada salarsa, dünyadan əl çəkər və ürəyini dünyadan qoparar. Ona görə də Həzrət Peyğəmbər (s) buyurur: “Elə bir bəndə yoxdur ki, onun (ölümün) həqiqətini yada salsın, məgər o halda ki, dünyanın genişliyi onun üçün dar olar”.
Həzrətə (s) sual verirlər ki, kimsə Ühüd şəhidləri ilə məhşur ola bilərmi? Peyğəmbərimiz (s) buyurur: “Bəli, o kəs ki, gecə və gündüz 20 dəfə ölümü yada salar”.
Bir gün Həzrət Peyğəmbərdən (s) soruşurlar ki, ən böyük və ən kərim insan kimdir? Həzrət (s) buyurur: “Hər kim ölümü çoxlu yada salar və ölümə daha çox hazır olar. Onlar – o zirəklərdir ki, dünyanın böyüklüyünü və şərəfini, axirətin kəramət və nemətini dərk ediblər”.
Həzrət (s) başqa yerdə buyurur: “Ölüm – möminin töhfəsi və hədiyyəsidir”.
İmam Sadiq (ə) buyurur: “Kiminsə cənazəsini götürürsənsə, belə düşün ki, sanki o tabutda olan sənsən və onu götürürlər”.
Əbu Bəsir Həzrət İmam Sadiqin (ə) xidmətinə gəlir və dünya işlərində olan vəsvəsəliyindən şikayət edir. Həzrət (s) buyurur: “Ey Əbu Muhəmməd! Yada sal o zamanı ki, əzanın bəndləri qəbirdə bir-birindən ayrılacaqdır. Sənin dostların səni qəbrə qoyacaqlar. Üstünü örtəcəklər və səni orada tək qoyacaqlar. Evlərinə qayıdacaqlar. Qurdlar burnunun deşiklərindən bayıra çıxacaq, ilanlar bədəninin ətini yeyəcəklər. Nə zaman bu mənanı yada salsan, dünya işləri sənin üçün asan olacaqdır”.
İmam Sadiq (s) buyurur: “Ölümü yada salmaq batil xahişləri ürəkdən aparır. Ürəyi İlahi vədələrə güclü və əmin edər. Xasiyyəti yumşaq edər, nəfsani istəkləri sındırar, hərislik atəşini söndürər, dünyanı həqir və mənasız edər”.
Beləliklə deyə bilərik ki, uzun arzular insana ancaq ziyan vurar və onu müalicə etməyin güclü yolu da – ölümü yada salmaqdır. (İslami saytlara istinadən)

/Deyerler.org/
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930