Niyə təqlid edirlir və şəri məsələlərin elmi subutu varmı?
Mьəllif: admin1
Tarix: 8-09-2017, 22:17
Niyə təqlid edirlir və şəri məsələlərin elmi subutu varmı?
Məni təqlidlə bağlı düşündürən suallar bu mövzuda araşdırma aparmağıma səbəb oldu.

Sizə təqdim etdiyim araşdırma niyə təqlid edilir və cinsi əlaqədən sonra niyə qüsl alınmalıdır?

Təqlid – lüğəti mənada nəyi isə boynundan asmaq deməkdir. Ərəb dilində boyunbağıya “qiladə” deyirlər. Dini anlamda isə təqlid – şəriət hökmlərində savadlı və geniş dünyagörüşlü bir alimin (müctəhidin) fətvalarına (dini göstərişlərinə) əməl etməyə deyilir.

Təqlidin zəruriliyi adi məntiqə əsaslanır. İnsanların heç də hamısı dini hökmləri öz mənbələrindən çıxarmağa qadir deyillər. Dini hökmlərin əsas mənbəyi Qurani-kərim və sünnədir. Qurani-Kərimdə İslamın yalnız əsas prinsipləri izah edildiyi üçün, alimlər şəriətin xırdalıqlarına Peyğəmbərin (s) və İmamların (ə) davranış və kəlamlarında cavab tapmağa çalışırlar. Bu mənbələrdən müxtəlif dini və məntiqi metodlarla şəriət hökmlərini əldə etməyə ictihad deyirlər. İctihad çox dəqiqlik tələb edən çətin bir prosesdir. İctihad edən şəxs (ona müctəhid deyirlər) ərəb dilinin bütün incəliklərini, Qurani-kərimi, onun təfsirini, ayələrin nazil olma səbəblərini, hədisləri, hədislərə aid olan elmləri (xüsusilə, hədis ravilərinin həyatını və mötəbərliyini öyrənən rical elmini), fiqh və üsuli-fiqhi, kəlamı, məntiqi mükəmməl bilməli, eləcə də nücum (astronomiya), coğrafiya, tibb, psixologiya və sairə dünyəvi elmlər barədə kifayət qədər məlumat sahibi olmalıdır. Üstəlik, yaşadığı dövrün ictimai-siyasi mənzərəsini düzgün qiymətləndirməyi bacarmalı, müsəlmanların mənafeyini qorumağın müasir yollarını bilməlidir. Bütün bu keyfiyyətlər uzun illik gərgin təhsildən sonra qazanılır. Insanların yalnız cüzi hissəsi bu məqama çata bilər.

Cinsi əlaqə zamanı orqanizmin umumi aktivliyi güclənir. Əzələ liflərinin arasında yığılan süd turşusunun sinir liflərinə təzyiqi ilə sinir və əzələ toxumları zəifləyir və nəticədə qıcolma baş verir.
Qüsl alarkən orqanizm öz əvvəlki vəziyyətinə qayıdır. Səthi damarların genişlənməsi nəticəsindı dəri və sinir hüceyrələr daha yaxşı qidalana bilir. İnsanın dərisi qaraciyərdən sonra bədənin ən fəal üzvüdür. Buna görə onun təmizliyini qorumaq üçün əlimizdən gələni əsirgəməməliyik. Müasir tibdə qüsüllə bilavasitə əlaqədar olan hidroterapiya yəni su ilə müalicə adlandırılan bir müalicə metodu da mövcuddur. Boşalma (sperma ifrazı) əsnasında dəridəki məsamələrdən tər və onunla birgə duzlar da həmin dəliklərdən xaric olur. Qüsl edilmədiyi təqdirdə bu dəliklər tutulacaq və bədəndən tər vasitəsilə çıxmalı olan zəhərli maddələr böyrək yolu ilə ifraz edilməli olacaqdır. Nəticə etibarilə böyrəklərin yükü artacaq və bu da öz növbəsində böyrək funksiyasının pozulması ilə nətilənəcəkdir. Tərləmək dərinin səthini rütubətli və yumşaq saxlamaqla bərabər xarici amillərin qarşısında bir növ müdafiə reaksiyasıdır. Beləliklə, ifraz olunan duzlar qüsl vasitəsilə aradan gedir, dərinin rütubətliyi və təmizliyi bərpa olunur. Muhəmməd ibni Sənan İmam Rzanın (ə) belə buyurduğunu nəql edir: "Cənabət qüslünün vacib edilməsində məqsəd natəmizliyin aradan qaldırılması və bütün bədənin təmizlənməsidir". Cənabət bütün bədən üzvlərindən xaric olduğu üçün bədənin bütöv nahiyələrinin təmizlənməsi zəruridir.

Cinsi əlaqə zamanı bütün orqanizmi əhatə edən proseslərə diqqət yetirdikdə qeyd olunan kəlamların elmi əhəmiyyəti aydın olur. Beləliklə, cinsi əlaqə zamanı bütün sistemlərin (sinir, qan dövranı, ürək-damar və s.) fəaliyyətində dəyişikliklər baş verir və məhz qüsldən sonra onlar öz normal fəaliyyətini lazımı şəkildə bərpa edir.


Fəxrəddin Laçınlı
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930