Ağıllı insanın günahının təsiri daha şiddətli olur
![]() Eləcə də o kəslər ki, Məşhəddə və Qumda yaşayırlar, onlar Həzrət Məsumənin (s.ə) və İmam Rzanın (ə) adını daşıyan bu məkanlarda yaşadıqları üçün, məsuliyyət daşıyırlar. Həm əməllərinə və həm də rəftarlarına görə. Çünki elə məkanda yaşayırlar ki, Məsumların (ə) hərəmi oradadır, elmi hövzənin mərkəzi oradadır. Ona görə də yerinə yetirdikləri hər bir əməl din adı ilə tanıdılar. O qədər insanlar vardır ki, həqiqi Əhli-Beyt (ə) dinini tanımaq üçün Quma və ya Məşhədə gəlirlər və tədqiqatlar aparır, insanların rəftar və əməllərinə diqqət edərlər. Ona görə də insanın mərifət və dərkinin günahla çox əlaqəsi vardır. O kəs ki, az günah edər, mərifət və dərkinə təsiri də az olar. Ancaq bu az günah, başqa birisi üçün kəbirə günah hesab olunar. Necə ki, bir mərcəyi-təqlidin yerinə yetirdiyi günah bir tələbənin etdiyi günahla fərqlidir. Ona görə də deyə bilərik ki, həm günahın mərtəbələri vardır, həm də mərifət və dərkin mərtəbələri vardır”. Beləliklə, insanın günahının təsir şiddəti, onun dərk səviyyəsi və bilik dərəcəsindən, mərifətindən çox asılıdır. /Deyerler.org/ Oxşar xəbərlər
|