Ölülərimizə edə biləcəyimiz böyük hədiyyə
![]() Ölüləriniz zindandadırlar və sizin yaxşı əməllərinizə rəğbət bəsləyirlər. Onların əməl yerinə yetirməyə qüdrətləri yoxdur. Siz dua və sədəqəni onlara hədiyyə edin”. Malik ibni Dinar nəql edir: “Cümə gecəsi qəbiristana daxil oldum və anidən parlayan nur gördüm. Təəccüb edib, dedim: “Sanki Allah bu qəbiristanı bağışlamışdır”. Anidən eşitdim ki, gizli bir səs deyir: “Ey, Malik ibni Dinar! Bu, möminlərin qəbir əhlinə olan hədiyyəsidir”. Dedim: “Səni dilə gətirən Allaha and verirəm, o hədiyyə nədir?”. Dedi: “Möminlərdən biri bu gecədə qalxıb kamil dəstəmaz alıb və iki rükət namaz qılıbdır. Birinci rükətdə “Həmd”dən sonra “Kafirun” surəsini və ikinci rükətdə “Həmd”dən sonra “Tövhid” surəsini oxuyubdur. Sonra isə deyibdir: Allahım, mən bu namazın savabını mömin olan qəbir əhlinə hədiyyə edirəm”. Ona görə də Allah bizə hər tərəfdən: şərqdən, qərbdən nur və genişlik inayət etmişdir”. Malik davam edir: “Mən də bu namazı davamlı olaraq cümə gecələrində qılırdım və bir gün Peyğəmbəri (s) yuxuda gördüm ki, mənə buyurur: “Ey Malik! Mənim ümmətimə hədiyyə etdiyin nurun qarşılığında onun savabı olaraq Allah səni bağışlamışdır. Allah behişt qəsrində ki, onu Mənif adlandırırlar, sənin üçün ev inşa etmişdir””. /Deyerler.org/ Oxşar xəbərlər
|
|