Zülmün növləri və onun cəzası
Mьəllif: admin1
Tarix: 22-11-2021, 22:52
Zülmün növləri və onun cəzası
İmam Əli (ə) buyurur: «Agah olun ki, zülm üç qismdir:

1. Heç vaxt bağışlanmayan zülm.

2. Cəzasız qalmayan zülm.

3. Bağışlanan zülm.

Bu elə bir zülmdür ki, ondan sorğu-sual olunmayacaq.

Heç vaxt bağışlanmayan zülm isə Allaha müşrik olmaqdır.

«Nisa» surəsinin 48-ci ayəsində oxuyuruq: «Həqiqətən Allah-təala, Ona şirk qoşulmağı bağışlamır».

Cəzasız qalmayan zülm isə bəndələrin bir-birinə zülm etməyidir. Bu vaxt onlar özləri-özlərini cəzalandırırlar.

Bağışlanan zülm isə insanın kiçik günahlarla bu dünyanı dəyişməsidir. (Nəhcül-bəlağə, 176-cı xütbə.)

(Yəni bu vaxt o, kiçik günahlarla (zülmlərlə) dünyasını dəyişsə də onun bu günahları Allah-təala tərəfindən bağışlanır.)

Günahların ən pisi

İmam Sadiq (ə) buyurur: Günahların ən pisi üçdir:

1. Heyvanı (qeyri-şəri yolla və səbəbsiz) kəsmək.

2. Qadının mehriyyəsini verməmək (kəbin kəsilən zaman qeyd olunan hədiyyə).

3. Fəhlənin muzdunu verməmək. (Biharül-ənvar, 103-cü cild, 169-cu səh.)

Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930