Hər günə bir cihadın fəzilətini əldə etməyin yolu
Mьəllif: admin1
Tarix: 22-11-2021, 22:48
Hər günə bir cihadın fəzilətini əldə etməyin yolu

"Sizin ən xeyirliniz, xalqa daha çox xeyir verəndir.” ,

"Allah camaatın şərrindən amanda qala bilmədikləri şəxsə daima nifrin edir”, "Zülm və hüquqlara təcavüz etmək insanı yerə vurar və ölümü yaxınlaşdırar”,

"Bəlaların nazil olmasına səbəb olan günahlardan biri camaata zülm etməkdir....”,

"Zülm edənin işi sonda alınmaz, cövr edənin ömrü isə qısa olar” və sair onlarla hədis insanlara zülm etmək onların haqlarını əlindən almaq barədə xəbərdarlıq edən kəlamlardır.


Alimlər günahları iki hissəyə bölürlər:

Allahın haqları ilə bağlı və İnsanların haq-hüquqları ilə bağlı olan günahlar.

Bu təsnifatın ikincisində yer alan günahların əsas mahiyyətini demək olar ki zülm təşkil edir. Allah bizdən bu zülmdən çəkinməyi tələb edir.


Bəs bəndə zülm etməsə hansı savabı alacaqdır?


Məhəmməd peyğəmbərin (s) bu hədisində günə bir cihad əməlinin fəzilətinə nail olmağın yolu belə göstərilib.


"Ən üstün cihad, səhərini kimsəyə zülm etməyəcəyi niyyəti ilə açan adamın cihadıdır” (Kitabul-Məhasin, c-1, səh-292)







Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031