Behişti əldə etməyin asan yolu
![]() İnsan əgər həyatında bu əməlləri yerinə yetirsə, nəinki Qiyamətin əzabına düçar olmaz, Qiyamət günü bir padşah kimi hökm verər. Allah Təala behişti ona mübah sayar. Yəqin ki, belə düşünürsünüz ki, bunun üçün çoxlu ibadət etmək və məşəqqət çəkmək lazımdır. İmam Baqir (ə) bizə daha rahat yolu tanıdır və buyurur: “Böyük Allah Həzrət Musaya (ə) vəhy edir: “Həqiqətən, elə bəndələrim vardır ki, behişti onlara rəva edəcəyəm. Onları behiştin rəhbərləri və hökmverənləri qərar verəcəyəm”. Musa (ə) soruşur: Onlar kimlərdirlər? Allah Təala cavab verir: “O kəs ki, mömin bəndəmi şad edər. Mömini şad etmək – ən böyük və ən dəyərli ibadətdir””. İmam Baqir (ə) buyurur: “Allah Təala yanında ən sevimli əməl – mömini şad etməkdir”. Burada məqsəd ancaq o deyildir ki, mömini güldürəsən və onunla zarafat edəsən, xeyr. Məqsəd odur ki, ürəyini şad etməyi bacarasan və müşküllərinin düyününü açasan. O zaman möminin üzündə həqiqi sevincin nişanəsini görmək olar. Bu hədislər bizi mömin bacı və qardaşlarımıza diqqət etməyə dəvət edir, onlara qarşı etinasız və laqeyd olmamağa dəvət edir. Bu əməlin həm dünyada və həm də axirətdə böyük əcri vardır. İmam Sadiq (ə) buyurur: “Allah yanında ən sevimli əməl mömini şad etməkdir – istər onun aclığını aradan apararsan, ya çətinliyinin düyününü açasan, ya da dinini əda edəsən”. /Deyerler.org/ Oxşar xəbərlər
|