Mömini şad edən – Allahı şad etmiş olur. Bəs mömini necə şad etmək olar?
Mьəllif: admin1
Tarix: 15-07-2019, 09:32
Mömini şad edən – Allahı şad etmiş olur. Bəs mömini necə şad etmək olar?
İslam dinində böyük savaba və əcrə malik olan əməllərdən biri də möminin ürəyini şad etməkdir.

İmam Baqir (ə) buyurur: "Həqiqətən, Allah Təala yanında ən sevimli əməl - möminin ürəyini şad etməkdir”.

Başqa hədisdə oxuyuruq: "Allah, möminin ürəyini şad etmək kimi sevimli şeylə ibadət olunmamışdır”.

Həzrət Peyğəmbər (s) buyurur: "Hər kim mömini şad edər, məni şad edər. Hər kim məni şad edər, Allahı şad etmiş olar”.

Bəs möminin ürəyini necə sevindirmək olar ki?

Bəziləri deyir güldürərək, bəziləri isə deyir bu əməl yanlışdır və savabı aradan aparar.

Bir gün Əmirəl-möminin (ə) dostları ilə birlikdə bir yerdən keçirdi və bir nəfər ona yaxınlaşdı və əbasını çiynindən götürdü. Sonra da qaçmağa başladı.

Həzrətin (ə) yanında olanlar onun dalınca qaçdılar və onu tutub Həzrətə (ə) təhvil verdilər.

İmam Əli (ə) soruşur ki, o, kimdir? Dostları deyir ki, bu kişi təlxəkdir və bu cür işlərlə Mədinə camaatını güldürür.

Həzrət (ə) həmin şəxsə diqqət etmədən buyurur: "Ona deyin ki, Allahın elə bir günü vardır ki, həmin gün yersiz işlərlə məşğul olanlar başa düşərlər ki, əlləri boşdur”.

Ona görə də təlxəklik edib insanları güldürmək əgər yaxşı bir iş olsaydı Həzrət (ə) həmin şəxsi tərifləyərdi. Ona görə də deyə bilərik ki, möminin ürəyini şad etmək onu güldürmək demək deyildir.

İmam Hüseyn (ə) Peyğəmbərdən (s) nəql edir ki, buyurub: "Namazı qılmaqdan sonra ən üstün əməl – möminin ürəyini şad etməkdir. Əlbəttə o vasitə ilə ki, onda günah olmasın”.

İmam Sadiq (ə) buyurur: "Allah Həzrət Davuda (ə) vəhy edir: "Həqiqətən, Mənim bəndəm Mənim dərgahıma həsənə gətirərsə, Mən behişti ona mübah edərəm”.

Davud (ə) soruşur: "Pərvərdigara! Bu hansı xeyir işdir ki?”. Allah Təala buyurur: "Mənim mömin bəndəmin ürəyini şad etmək, hətta əgər ona bir dənə xurma verməklə belə olsa””.

İmam Sadiq (ə) başqa bir hədisdə möminin ürəyini şad etməyin üç yolunu bizlərə tanıdır. Aclığını aradan aparmaq, möminin üzündəki qəmi silmək, borcunu qaytarmaq.

İmam Sadiq (ə) Əhvaz və Farsın hakiminə yazdığı məktubda buyurur: "Qardaşını sevindir ki, Allah da səni sevindirsin”.

Bu məktub hakimin əlinə çatan zaman onu gətirənə 20 min dirhəm verir. Əmr edir ki, ona minik, kəniz və nökər versinlər. Evini xarça ilə döşəyib və həyatda olan çətinliklərini aradan qaldırsınlar.

Bu işi görəndən sonra həmin şəxs İmamın (ə) yanına qayıdır və olanları danışır. Həzrət (ə) buyurur: "Hakim səni sevindirərək, Allahı və Rəsulunu (s) sevindirdi”.

Ona görə də deyə bilərik ki, möminin ürəyini sevindirmək o deməkdir ki, onun ehtiyacı olan şeyi yerinə yetirəsən. Əlbəttə bu zaman günah vasitələrə müraciət etmək – qətiyyən yolverilməzdir.

(Deyerler.org)
Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031