Həzrət Adəmin (ə) övladına 5 nəsihəti
Mьəllif: admin1
Tarix: 17-07-2017, 17:42

 Həzrət Adəm (ə) oğlu Şeysə beş nəsihət verir. Ona əmr edir ki, bu nəsihətləri övladlarına da versin.

1. Dünyaya əmin olmayın ki, mən cavidan behiştə əmin oldum, Allah bu əminliyi bəyənmədi və məni çıxartdı.

2. Qadınların rəyi ilə rəftar etməyin ki, mən qadının meylinə əməl etdim, ağacdan yedim və peşman oldum.

3. Hər nə iş görmək istəsəniz, əvvəl aqibətinə baxın ki, mən əgər aqibəti düşünən olsaydım, bu müsibətə düçar olmazdım.

4. O işi yerinə yetirməyə ki, qəlbinizin aramlığı yoxdur, etməyin. Mən o ağacdan yeyən zaman qəlbim titrədi, ancaq etina etmədim və yedim, peşman oldum.

5. İşlərinizdə məsləhətləşin ki, əgər mən mələklərlə məsləhət etsəydim, giriftar olmazdım.

 

 


/Deyerler.org/

Oxşar xəbərlər
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031