Öz problemlərinin səbəbini Allah Təalada görən insana verilən cavab
Mьəllif: admin1
Tarix: 21-04-2015, 22:09
Öz problemlərinin səbəbini Allah Təalada görən insana verilən cavab

Çətin və ağır şəraitdə insanın əli bir yerə çata bilməyəndə, ən asan yolu Allahdan şikayət və giley etməkdə görür (nəuzubilləh). Belələri bu dünyada baş verən hər bir yaxşı və pis hadisənin səbəbini ancaq Allahdan bilirlər. Onlar deyərlər: “Allahım, əgər mənə bir qədər ağıl və hafizə versəydin, belə olmazdım, günahkar olmazdım. Allahım, əgər mənə yaxşı ruzi nəsib etsəydin, oğru olmazdım. Əgər mənim üçün günahın zəminəsini hazır etməsəydin, mən də günah etməzdim. Ona görə də mənim təqsirim yoxdur”. (Tebyan)
Təbii ki, bu, çox mənasız və əsassız iddialardır. Allahdan başqa kim insanın xeyrini bu qədər istəyə bilər? Allah Təala xeyir mənbəyidir və xeyirdən başqa insana bir şey istəməz və iradə etməz. Bu, elə bir həqiqətdir ki, hər bir insan onu dərk etməli və ona çatmalıdır. Əgər biz Sübhan Allahı hər bir pislik və çirkin işlərdən pak bilsək, Ona bu cür töhmətlər vurmarıq. Allah Təala Quranda buyurur: “(Ey insan,) sənə yetişən hər hansı bir yaxşılıq Allah tərəfindəndir (onun səbəbi Allahın rəhmətidir) və sənə yetişən hər hansı bir pislik sənin öz tərəfindəndir (onun səbəbi sənin günahlarındır)”. (“Nisa” 79). İnsana çatan hər bir xeyir: sağlamlıq, nemət, təhlükəsizlik - hamısı Allah tərəfindəndir. Lakin hər bir pis hadisə insanın öz pis əməlinin nəticəsidir: xəstəlik, zillət, yoxsulluq kimi.
Quran dəfələrlə bizə xəbər verir ki, insan özü üçün şər hazır edir və bu şər işlərini artırar. Lakin Allah insanın xeyrindən başqasını istəmir. Hər bir halda bütün xeyir və yaxşılıq Allaha məxsusdur. “Sizə yetişən müsibətlər özünüzün qazandığınız günahlara görədir və O, (hələ) onların çoxundan keçir”. (“Şura” 30).
İnsanın əməlləri ilə aqibəti arasında sıx rabitə vardır. Əgər insan yaxşı əməllər edərsə, çox sayda bərəkət ona tərəf axışar. Əgər əməlləri pis olsa, nəticədə həyatı da məhv olar.
Günah yükündən azad olmağın ən yaxşı yolu – Uca Allahı problemlərin mənbəyi deyil, xeyir və bərəkətin, rifahın, nicatın mənbəyi bilməkdir. Uca Allahı öz problemlərinin səbəbi bilmək - çarə deyildir və insana nicat verməz. Əksinə, insan bu cür batil düşüncələrlə özü ilə məşğul olmaz və inkişaf etməz. İnsan gərək bu dünyanın imtahan dünyası olmasını unutmasın və ona verilən nemətləri kamilliyə çatmaq vəsiləsi qərar versin. Nəticədə insan əbədi səadətə çatacaqdır. İmam Sadiq (ə) Qiyamətdən belə nəql edir: “Qiyamət günü gözəlliyinə görə günaha batan qadını gətirəcəklər və həmin qadın deyəcəkdir: “Allahım, Sən məni gözəl yaratmısan. Elə ona görə də mənə bunlar çatıbdır”. Bu zaman Məryəmi (s.ə) onun qarşısında hazır edər və ona deyərlər: “Sən gözəlsən, yoxsa o? Biz onu gözəl yaratdıq, lakin o, fitnəyə düşmədi”. Gözəlliyinə görə günaha batan kişini gətirərlər və o, deyər: “Allahım, Sən məni gözəl xəlq etmisən. Ona görə də qadınlara giriftar oldum”. Bu zaman Yusifi (ə) yanında hazır edər və ona deyərlər: “Sən gözəlsən, yoxsa o? Biz onu gözəl xəlq etdik, lakin o, ətəyini günaha batırmadı”. Bəla görmüş kişini gətirərlər ki, buna görə günaha batıbdır. Həmin kişi deyər: “Allahım, mənə o qədər çətinlik yaratdın ki, nəhayət günah etdim”. Eyyubu (ə) gətirər və ona deyərlər: “Sənin bəlan çətin idi, yoxsa onun? O, da bəlaya düçar oldu, ancaq ətəyini günaha batırmadı””.
Allah bizləri cahilliyə mübtəla olmaqdan qorusun və bəsirət versin.

/Deyerler.org/
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930