Təsbihi zikrsiz çevirəndə nə zaman savab yazılır?
Mьəllif: admin1
Tarix: 10-05-2020, 21:00
Təsbihi zikrsiz çevirəndə nə zaman savab yazılır?
Ayətullah Behcət nəql edir: "Əhli-Beytin (ə) Yezidin (lən) əlindən əsir olduğun zamanlarda Yezid görür ki, İmam Səccad (ə) əlinə təsbih alıb, onu çevirir. (Yəni, zikr demədən çevirir).

Yezid (lən) İmama (ə) etiraz edib deyir: "Niyə boş yerə bu işi yerinə yetirirsən?”.

İmam (ə) buyurur: Atamdan eşitmişəm ki, cəddim hər səhər və axşam buyurmuşdur:

«أَللهُم إِنی أَصْبَحْتُ وَ أَمْسَیتُ أُسَبّحُک وَ أُمَجّدُک و
اُحَمِّدُکَ وَ اُهَلِّلُکَ وَ اُکَبِّرُکَ بِعَدَدِ ما أُدِیرُ بِهِ
سُبْحَتِی

Yəni, Allahım! Səhər və axşamı edirəm o halda ki, Sənin təsbih, təkbir, sitayişini təsbihimi fırlatmağımının sayı qədər deyirəm”.

Sonra təsbihini zikr demədən fırladardı. Hər kim bu işi yerinə yetirər, onun üçün təsbihin əcri yazılar və onun üçün genişlik mənbəyi olar”.

Allah Təala bizlərə zikrin şirinliyini dadızdırsın, inşəallah.



/Deyerler.org/
Oxşar xəbərlər
«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031