Çətinliklərin həllinə səbəb olan əməl Ayətullah Behçətin bəyanında
Mьəllif: admin1
Tarix: 11-05-2022, 10:33
Çətinliklərin həllinə səbəb olan əməl Ayətullah Behçətin bəyanında
Hər kəs bu zikri desə onun üçün təsbeh zikri yazılar. Həmçinin bu zikir onun çətinliklərinin asan olmasına səbəb olar.

Ayətullah Behcət (r) buyurur:

Kərbəla faciəsindən sonra, Əhli Beyt (ə)in əsir olduğu vaxtda Yəzid (l.ə) Həzrəti İmam Zeynulabidin(ə)-ın əlində bir təsbeh görür. İmam (ə) zikir edirdi. O bunu görüb etiraz edir və deyir:

Nə üçün bihudə işlərlə məşğulsan.

İmam (ə) buyurdu: Atamdan eşitdim ki, babam hər sübh və axşam bu zikri oxuyardı:

«أَللهُم إِنی أَصْبَحْتُ وَ أَمْسَیتُ أُسَبّحُک وَ أُمَجّدُک و اُحَمِّدُکَ وَ اُهَلِّلُکَ وَ اُکَبِّرُکَ بِعَدَدِ ما أُدِیرُ بِهِ سُبْحَتِی»

Allahummə inni əsbəhtu və əmseytu və usəbbihukə və uməccidukə və uhəmmidukə və uhəllilukə və ukəbbirukə biədədi ma udiru bihi subhəti.

Hər kim bu zikri səhər, axşam desə təsbihin əcri yazılar ( ya təsbih zikrinin, ya da Allah Təalanı Sübhan bilməyin) .


Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930