Həzrət İsanın (ə) ölülərlə söhbətindəki ibrət
Mьəllif: admin1
Tarix: 14-07-2021, 23:43
Həzrət İsanın (ə) ölülərlə söhbətindəki ibrət
İmam Sadiq (ə) nəql edir: "İsa ibn Məryəm (ə) tərəfdaşları ilə birlikdə bir şəhərdən keçirdi ki, küçə və evlərdə olan insanların hamısı ölmüşdülər.

Həzrət (ə) buyurur: "Bunlar İlahi əzaba düçar olublar, əgər təbii ölümlə ölsəydilər, dəfn olunardılar”.

Tərəfdaşları deyir: "Onların dastanını bilmək istəyirik”.

Allah İsaya (ə) vəhy edir: "Ölülərlə söhbət et”.

İsa (ə) fəryad çəkir: "Ey şəhər əhli!”.

Ölənlərdən biri "Ləbbeyk!” deyir. İsa (ə) ondan macəranı soruşur.

Deyir: "Xoşluqda yaşadıq və bədbəxtliyə haviyəyə düçar olduq”.

İsa (ə) soruşur: "Haviyə nədir?”.

Deyir: "Atəş dənizidir ki, orada əzab dağları qərar tutur”.

Buyurur: "Bəs niyə ora giriftar oldunuz?”.

Deyir: "İki günaha görə. Tağuta bəndəlik etdiyimizə və dünya sevgisinə görə”.

Buyurur: "Dünya sevgisi haraya qədər?”.

Deyir: "Anasına eşq bəsləyən uşaq kimi. Dünya bizə üz çevirəndə sevinirdik, bizdən üz döndərəndə qəmgin olurduq”.

Buyurur: "Bəs tağuta necə boyun əyirdiniz?”.

Deyir: "Bütün əmr və göstərişlərini eşidirdik”.

Buyurur: "Bəs sən mənə necə cavab verdin?”.

Deyir: "Qalan şəhər əhlinin ağzı atəşli bəndlə bağlanmışdır və mələklər onlara nəzarət edir. Mən də onların arasında idim, ancaq əməlimlə onlarla deyildim. O zaman ki, əzab gəldi, məni də bürüdü. İndi tükdən yapışmışam və qorxuram ki, atəşdə qərar tutaram”.

Allah Təala bizləri aqibəti xeyir olanlardan qərar versin, inşəallah.



/Deyerler.org/
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930