Bizi geri qaytar!
Mьəllif: admin1
Tarix: 13-04-2017, 21:43
Bizi geri qaytar!
“Əl-Kafi” kitabında İmam Cəfər Sadiqdən (ə) rəvayət olunub:
Həzrət İsa ibn Məryəm (ə) öz səhabələri ilə bir məntəqədən keçirdi. Həzrət gördü ki, o yerin əhalisi, hətta heyvanları və quşlarının da hamısı ölüb. Məntəqədə heç bir canlı qalmayıb. Həzrət İsa (ə) həvarilərə (səhabələrinə) buyudu: - Bunlar, Allahın qəzəbinə düçar olaraq məhv olublar. Çünki belə olmasaydı, onlar bir-birlərini dəfn edərdilər.
Həvarilər dedilər: - Ey Ruhullah! Onlarla danış, görək hansı əmələ görə Allahın qəzəbinə belə düçar olublar. Biz də həmin əməli bilək və ibrət götürüb ondan uzaq olaq.
Həzrət İsa (ə) Allahdan bunu dilədi. Birdən ona nida gəldi ki, ölüləri səsləsin.
Həzrət səslədi: - Ey bu yerin əhli!
Ölülərin arasından bir nəfər cavab verdi: - Bəli, ey Ruhullah!
Həzrət buyurdu: - Vay olsun sizə, hansı (çirkin) əmələ mürtəkib olmusunuz?
O cavab verdi: - Günah ardınca gedirdik, uzun arzularla yaşayırdıq, boş və faydasız işlərlə məşğul olurduq.
Həzrət buyurdu: - Sizin dünyaya sevginiz necə idi?
Dedi: - Bizim dünyaya sevgimiz uşağın anasına və onun döşünə olan sevgisi kimi idi. Necə ki, ana hər vaxt uşağın üzünə gülsə uşaq sevinər, hər vaxt döşünü ondan çəksə ağlayar.
Həzrət İsa (ə) soruşdu: - Allahın əzabına necə düçar oldunuz?
Dedi: -Gecəni sağ-salamat yatdıq, ancaq sübh “Haviyə”də idik.
Həzrət soruşdu: - Haviyə nədir?
Dedi: - Atəşdən olan bir dağdır və Qiyamətə qədər bizi yandıracaq.
Həzrət İsa (ə) soruşdu: -Bəs siz nə dediniz və nə eşitdiniz?
O dedi: -Dedik ki, bizi dünyaya qaytar, dünyaya meyl etməyib, zahid olacağıq. Ancaq bu cavabı eşitdik: “Yalan deyirsiniz”. Həzrət dedi: - Vay olsun sənə! Bəs nə üçün onların arasından yalnız sən mənimlə danışa bilirsən?
O dedi: - Ey Ruhullah! Qəzəbli və güclü mələklər onların ağzına oddan yüyən vurublar. Mən də onların arasında idim, amma onlardan deyildim. Lakin onlarla işim yox idi, onları nəsihət etmir, yaxşılığa dəvət etmir, pislikdən çəkindirmirdim. Ona görə də əzab gəldikdə məni də tutdu. İndi cəhənnəmin ağzında bir tükdən asılıyam. Cəhənnəmə düşəcəyimi, yoxsa xilas olacağımı bilmirəm.



Qaynaq: “Əl-kafi”, c, 2, səh. 318.
Hazırladı: Seyid Zahir


Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930