Peyğəmbərlər (ə) unutqanlığa düçar ola bilərmi?
Müəllif: admin1
Tarix: 8-07-2021, 10:53
Peyğəmbərlər (ə) unutqanlığa düçar ola bilərmi?
Qurani-Kərimdə Həzrət Musa (ə) və həmsəfəri olan Yuşə ibni Nunun əhvalatı bəyan edilir ki, unutqanlığa düçar olmuşdular. Bəs necə ola bilər ki, peyğəmbərlər (ə) də nəyisə unuda bilsinlər?

Həzrət Musa (ə) Allahın əmri ilə Xızr (ə) peyğəmbərin yanına getmək üçün vəzifələndirilir. Musa (ə) və səfər yoldaşı yola düşürlər. Yolda yeməkləri üçün gətirdikləri balığı unudurlar.

Quran nəql edir: "Və (yada sal) o zaman(ı) ki, (İmranın oğlu və İsrail övladlarının peyğəmbəri) Musa şagirdinə (öz canişini Nunun oğlu Yuşəyə) dedi: «Mən iki dənizin qovuşduğu yerə çatana və ya uzun bir müddət yol qət edənə kimi getməkdən dayanmayacağam».

Beləliklə, iki dənizin qovuşduğu yerə çatanda,(yemək üçün götürdükləri) balıqlarını unutdular. (Dənizin dalğasının toxunduğu) o balıq (Yuşənin yanında) dənizdə sualtı hərəkətlə öz yolunu tutub getdi.

Elə ki, (o yerdən) keçdilər, (Musa) öz şagirdinə dedi: «Səhər yeməyimizi gətir, həqiqətən bu səfərimizdə çox əziyyət(lər) gördük».

Dedi: «Gördün? Biz o daşın yanında olanda, mən balığı(n məsələsini sənə deməyi) unutdum və onu (sənə) deməyi mənə yalnız şeytan unutdurdu.

O balıq təəccüblü bir tərzdə dənizdə öz yolunu tutub getdi (dirildi. Yaxud: o, hansı tərəfə üzürdüsə, dənizin suyu kanal kimi açıq qalırdı)»”. ("Kəhf” 60-63).

Bu ayələrdən də göründüyü kimi, balığı Musa (ə) deyil, onun səfər yoldaşı unutmuşdu və balığın dirilib üzüb getdiyini görsə də, onu Musaya (ə) deməyi yaddan çıxartmışdı.

Həzrət Peyğəmbər (s) buyurur: "O zaman ki, balıq hərəkət edir və dənizə düşür, yolunu tutub gedir, Musa (ə) yatmışdı. Dostu da onu oyatmaq istəmir.

Oyandıqdan sonra əhvalatı ona danışmağı yaddan çıxardır. Ona görə ki, bir gecə-gündüz yollarına davam edirlər.

Sonra Musanın (ə) dostu macəranı yadına salır və onu danışır. Çarəsiz onlar balığın suya düşdüyü əvvəlki məkana geri qayıdırlar”.

Bu deyilənlərdən belə nəticəyə gəlmək olur ki, unutqanlıq Həzrət Musaya (ə) deyil, onun səfər yoldaşı olan Yuşəyə nisbət verilmişdir.

Yuşə ibni Nun Musanın (ə) vəsisi olsa da, hələ peyğəmbərlik dərəcəsinə çatmamışdı. Ona görə də gündəlik mövzularda bəzən müəyyən şeyləri unuda bilirdi.

Lakin o zaman ki, insan peyğəmbərlik məqamına çatar, artıq bu kimi səhvlər etməsinə imkan olmaz, çünki şeytan ona nufuz edə bilməz.



/Deyerler.org/
Oxşar xəbərlər
«    Oktyabr 2021    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031