Həzrət Musanın (ə) behiştdəki dostu bu məqama nəyin vasitəsilə yetişdi?
Mьəllif: admin1
Tarix: 20-03-2022, 11:05
Həzrət Musanın (ə) behiştdəki dostu bu məqama nəyin vasitəsilə yetişdi?
Həzrət Musa (ə) Allahla münacat edən zaman Xaliqdən istəyir ki, onun behiştdəki dostunu ona tanıtsın. Xitab gəlir: “Ey Musa! Filan küçəyə və filan mağazaya get. O kəs ki, orada işləyir – sənin behiştdəki dostundur”.

Həzrət Musa (ə) onun sorağına gedir. Görür ki, cavan bir qəssabdır. Ancaq ondan fövqəladə bir şey müşahidə etmir. O zaman ki, hava qaralır, cavan iş yerini tərk edir və Musa (ə) özünü tanıtmadan cavana yaxınlaşır. Ondan xahiş edir ki, gecəni onun evində qonaq qalsın.

Görmək istəyir ki, bu cavan hansı əməli ilə belə ali dərəcəyə layiq görülmüşdür.

Cavan evə daxil olan kimi yemək hazırlayır. Sonra əl və ayaqları işləməyən, iflic halda olan qoca qadının sorağına gedir. Səbirlə yeməyin tikələrini onun ağzına qoyur. Onu yuyundurur və paltarını dəyişdirir. Sonra da yerinə uzandırır. Musa (ə) bu səhnəni görən zaman cavandan soruşur ki, bu qadın kimdir və ona yemək verəndən sonar əllərini göyə qaldırıb nə deyirdi?

Cavan deyir: “Bu qadın – anamdır. Hər dəfə ona yemək verəndən və onu tox edəndən sonra mənim barəmdə dua edir və deyir: “Allahım, onu behiştdə Musa ibni İmranla (ə) yoldaş qərar ver””.
Musa (ə) cavana müjdə verir ki, ananın etdiyi dua qəbul olmuşdur.

/Deyerler.org/
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930