Münafiqin əlamətlərini tanıyaq
Müəllif: admin1
Tarix: 7-07-2021, 09:48
Münafiqin əlamətlərini tanıyaq
Münafiq o kəsdir ki, onda bu əlamətlər olar:

1. Rahat yalan danışa bilir.

2. Başqalarına xəyanət edir.

3. Həyadan uzaqdır.

4. Yersiz şeylərə görə dava edər.

5. Gözləri xəyanətkardır.

6. Ağlı zəifdir.

7. Günaha əhəmiyyət verməz.

8. Dindarlığı xar hesab edər.

9. Dini giriftarlıqları yüngül hesab edər.

10. Özünü bəyənəndir və təkəbbürlüdür.

11. Tərifi sevər.

12. Həsəd aparar.

13. Dünyanı axirətdən üstün bilər.

14. Şər əməli xeyir əməldən üstün bilər.

15. Söz gəzdirməyə meyillidir.

16. Yersiz işləri sevir.

17. Zülm əhli ilə birlikdədir.

18. Yaxşı əməllərdən üz çevirər.

19. Xeyir əhlini kiçik hesab edər.

20. Öz çirkin əməllərini yaxşı kimi görər.

21. Başqalarının yaxşı işlərini pis hesab edər...

Həzrət Peyğəmbər (s) bu cür insanlar haqqında buyurmuşdur: "Mən ümmətimin mömin və müşiklərindən qorxmuram. O şey ki, məni sizə görə qorxudur – münafiqdir”.

İmam Sadiq (ə) bizə münafiqi belə tanıdır: "Münafiq şəxs Allah Təalanın rəhmətindən uzaq olmağa razıdır. Çünki o, zahiri əməllərini dinə uyğun yerinə yetirər. Ancaq batinində və qəlbində öz işlərini yersiz və fəsad kimi təsəvvür edər. Dində təcavüz edər və onu istehza edər”.

Allah Təala münafiq haqqında buyurur: "Bəzi insanlar vardır ki, Allaha və Qiyamət gününə inandıqlarını söyləyirlər. Onların imanı yoxdur, bu zahirləri ilə Allahı və dindarları aldatmaq istəyirlər.

Halbuki, özlərini aldadırlar. Heç bir diqqət və şüurları yoxdur, qəlbləri xəstədir və Allah qəlblərinin xəstəliyini artırmışdır”.

Həzrət Peyğəmbər (s) bizə münafiqi belə tanıtmışdır: "Münafiq o kəsdir ki, vədə verən zaman ona sadiq olmaz. Nə zaman bir iş görsə, insanların arasında onu aşkar edər.

Danışmaq istəyən zaman yalan danışar. Əgər ona etimad etsələr, xəyanət edər. Nə zaman zəngin olsa, cilovsuz olar. Əgər təzyiq altında olarsa, hiylə işlətməyə başlayar”.

Bu deyilənlərdən sonra münafiq haqqında az da olsa, məlumatımız yarana bilər. Bəzən özümüzü mömin adlandırsaq da, bizdə münafiqin bəzi əlamətləri müşahidə oluna bilir.

Əgər bu əlamətləri vaxtında aşkar edə bilsək, onu aradan qaldırmağa fürsətimiz olar. Ona görə də gərək münafiqin əlamətlərini yaxşı bilək ki, bu şeytani sifətlərin bizə nüfuz etməsinə imkan verməyək.



/Deyerler.org/
Oxşar xəbərlər
«    Oktyabr 2021    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031