Dünya pisdirsə, Allah nə üçün onu yaradıb?
![]() Əksinə, belə insan var-dövlətdən istifadə edərək öz axirəti üçün hazırlıq görür. Amma dünyaya qul olan insan üçün halal-haramın fərqi yoxdur. İslam Peyğəmbəri (s) buyurur: «İbadət yetmiş hissədir və onun ən üstünü halal ruzi axtarmaqdır». Rəvayətlərdə insanlar əkinçiliyə, ticarətə, bir sözlə, işə təşviq olunurlar. Məzəmmət olunmuş dünya haqqında isə həzrət Əli (ə) buyurur: «Məbada dünyaya könül verəsən. Çünki bütün günahların kökü, bütün bəlaların əvvəli dünya məhəbbətidir». Maraqlıdır ki, rəvayətlərdə insana ailə-övladını sevmək tövsiyə olunur. Peyğəmbər və imamların da həyatında bu sevginin nümunələri ilə rastlaşırıq. Bir hədisdə buyurulur: «İnsan dünyanın övladıdır və kimsə anasını sevdiyi üçün qınanmaz». Demək, söhbət müsbət sevgidən yox, dəlicəsinə vurğunluqdan gedir. İnsan dünya və onun nemətlərini o həddə sevməməlidir ki, Allahı və öz vəzifələrini unutsun. İmam Baqir (ə) buyurur: «Dünya axirət üçün ən böyük köməkdir». Bir sözlə, dünya ötəridir, axirət isə əbədi. Ötəri dünyadan əbədi axirət üçün düzgün istifadə etmək lazımdır. Oxşar xəbərlər
|