İbni-Mülcəmin lənətli qəbri və onun yeri
Mьəllif: admin1
Tarix: 22-06-2017, 23:43

 Həzrəti Əli (ə)ın şəhadətindən sonra İmam Həsən (ə)ın əli ilə İbn Mülcəmdən qisas alındı. Həzrəti Əlinin (ə) vəsiyyəti üzrə ona yalnız bir qilinc vuruldu. O bir zərbə ilə də İbni Mülcəm dünyaya gözünü yumdu. Əli (ə) buyurmuşdu ki, mənə bir qilinc zərbəsi vurduğu üçün sizdə ona yalnız bir zərbə vurun. Ona çox əziyyət etməyin ki zülm etmiş olarsınız.


Hətta hədislədə vardır ki, İbni Mülcəm İmam Həsənə (ə) deyirki, mən Əlini(ə) qətlə yetirməyi and içmişdim bunu da etdim. Mənə möhlət ver Şama gedib Müəviyyəni də öldürüm. Sonra ya məndən qisas al, yaxud istəsin bağışla. İmam Həsən vay olsun sənə deyib ona bir qılınc zərbəsi vurur.

İbn-Mülcəmin cəsədinin basdırıldığı yer barəsində tanınmış məşhur səyyah İbn Battutədən belə bir rəvayət vardır. İbn Bəttutu deyir:

"Mən Kufənin qərb qapısından (yaxud qərb tərəfdəki məzarlıqdan) daxil olanda başdan ayağa ağappaq olan bir yerdə qapqara bir yer gördüm. Böyük marağım üzündən o yer haqda soruşdum. Araşdırıb, soruşduğum adamlar dedilər ki, bura Həzrət Əlinin (ə) qatili İbn-Mülcəmin basdırıldığı  yerdir. Adətdir ki, kufə əhli hər il bura gəlir odun toplayır və yeddi gün bu məzarın üzərində od yandırırlar. ( Rihlətu ibn Bəttutə-147. Nəfaihul uləma-409. Təqvime şıə-s-293 ).

Y.Nuriyev
Oxşar xəbərlər
«    May 2025    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031