İmam Əlinin (ə) məzarı niyə 100 il gizli qalıb?
Mьəllif: admin1
Tarix: 30-03-2024, 14:25
İmam Əlinin (ə) məzarı niyə 100 il gizli qalıb?
Həzrəti Əlinin (ə) müqəddəs məzarı şəhadətindən sonra yüz il gizli qalmışdır. Ta İmam Sadiqin (ə) vaxtına qədər. Rəvayətlərdə var ki, iki dəfə İmam Sadiq (ə) Mənsur Dəvəqaninin vaxtında ordan keçərkən bir qəbrin ətrafını hasarlatmışdır. O zamandan İmam Əli (ə)ın məzarı onları sevənlərin ziyarətgahına çevrilmişdir.

Həzrəti Əli (ə) Ramazan ayının 19 –da İbn Mülcəm tərəfindən sübh çağı Küfə məscidində namaz üstə başından qılınc zərbəsi alaraq yaralənır. Qilinc zəhərli olduğu üçün İmam üç gün sonra ayın 21-də şəhadəta qovuşur.

Həzrət Əli(ə) öz vəsiyyətinə uyğun olaraq dəfn olunur. Öz vəsiyyətini böyük oğlu İmam Həsənə (ə) tapşırır. Hədislərdə var ki, dəfn olunacaq yeri soruşduqda İmam (ə) buyururki, Onu (ə) qüsul, kəfən edib gözləsinlər. Belədə edirlər.

Qüsul, kəfən işlərində O Həzrətin (ə) övladlarından və yaxın dostlarından savayı kimsə olmur. İş bitdikdən sonra hər kəs dağılıb gedir. Yalnız İmam Həsən və Huseyn (ə) qalırlar.

Sonra Həzrətin (ə) tabutu iki İmamın (ə) , Cəbrayılın və Mikayılın çiyinlərində Kufədən uzaqlaşıb indiki Nəcəf istiqamətinə yol aldilar. İndiki məzar olan yerdə o Həzrətin (ə) öz gostərişlərinə uyğun dəfn edirlər.

Həzrəti Əli(ə) ın məzarı yüz il gizli qalmışdır, necə ki Xanım Zəhranın (s)ın məzarı gizlidir. Bu da onların təqib olunmalarına, zülm olunmalarına, düşmənlərinin çox olmalarına bir göstəricidir.

Çünki belə olmasaydı onlardan qabaq və sonra dünyadan köçüb, heç bir dəyərləri olmadığı halda məzarları bəlli olur, amma həm Allah yanında, həm də müsəlmanların yanında böyük dəyəri olan kəslərin məzarı bilinməsin?

Bu mümkün deyil. Bunun bir açıqlaması olmalıdır. O da budur ki, Əməvilər sülaləsinin Allahın höccətinə qarşı o qədər kinləri olub ki, hətta yüz ilə yaxın öz namazlarında O həzrəti belə lənətləyiblər. Yüz ildən sonra (40-139 h.q) sonra ilahi hikmətlə İmamın (ə) qəbi şərifi aşkara çıxıb.


Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930