Hədislərə əsasən hansı üzüklərin taxılması tövsiyə edilir?
Mьəllif: admin1
Tarix: 25-04-2020, 23:02
Hədislərə əsasən hansı üzüklərin taxılması tövsiyə edilir?
Mərhum Əllamə Məclisi "Hilyətul-Muttəqin” kitabında ( 6-cı çap. S-28dən-32 yə kimi) əqiq üzük taxmağın fəydalaranı, bərəkətini və ətirlənməyin gözəlliyini məsumların (ə) dilindən nəql etmişdir:

1-İmam Sadiq (ə) buyurur: "Əqiq üzük taxın, o bərəkətdir, onun sahibinin aqibəti gözəl olar".

2-Peyğəmbər (s) buyurur: "Hər kimin barmağında əqiq üzük olsa hacətləri qəbul olar".

3-İmam Sadiq (ə) buyurur: "Əqiq üzük səfərdə əmin əmanlığa vəsilə olar".

4-İmam Sadiq (ə) buyurur: "Hər kimin barmağında əqiq olarsa o pərişan olmaz və əlbəttə işləri də gözəl aqibətlə sonlanar".

5-İmam Sadiq (ə) buyurur: "Əqiq üzüklə qılınan namaz min rəkət onsuz qılınan namazdan əfzəldir".

6-İmam Rza (ə) buyurur: "Yaqut qaşlı üzük taxın, o pərişanlığı aradan apar".

7-İmam Sadiq (ə) buyurur: "Hər kimin barmağında firuzə üzük olsa, onun əli fəqirlik görməz".

8-İmam Kazim (ə) buyurur: "Sarı qaşlı üzük taxın, o asanlığa səbəb olar və çətinliyi aradan aparar".

9-İmam Sadiq (ə) buyurur: "Hər kim ki gün ərzində özünü ətirləsə axşama qədər ağlı ondan ayrılmaz".

10-Peyğəmbər (s) buyurur: "Xoş ətri tərk etməyin. Mələklər ətiri iyləyərlər. Xüsusəndə cümə günü ətri tərk etmə. Ətirə sərf olunan israf hesab olunmur".

11-İmam Sadiq (ə) buyurur: "Ətirlə qılınan namaz ətirsiz olan yetmiş namazdan üstündür".


(İslaminSesi)
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930