Seyri-sülukə dəvət
Mьəllif: admin1
Tarix: 15-06-2017, 11:31

Seyri-sülukə dəvət

 Ayətullah Behcət Nəcəf-Əşrəfdə olduğu vaxtlar Ayətullah Xoinin dərslərində iştirak edərdi. Bir gün onun dərsində deyilən mətləblə razılaşmayıb məsələyə öz iradını bildirir. Dərs bitdikdən sonra Ayətullah Xoi söhbət əsnasında Behcətə deyir: "Tutduğun irad çox mühümdür. Kim bunu sənə deyib? Bu sözlər sənin öz fikrindir, yoxsa başqasının?” Behcət söhbəti başqa səmtə yönəldib deyir: "Yaxşı olar ki, siz də Qazinin yanına gedib, onunla əlaqə saxlayasınız.” Həmin söhbətdən sonra Ayətullah Xoi bu barədə çoxlu götür-qoy edir. Həvayi-nəfs ona Qazinin yanına getmə deyir. Buna baxmayaraq o öz nəfsinə qələbə çalaraq Qazinin yanına gedir. Ondan xüsusi tapşırıqlar alan Xoi uzun müddət onlara əməl edir.

Ramazan ayında hər axşam min dəfə "Qədr” surəsini oxumaq Qazinin Xoiyə verdiyi xüsusi tapşırıqlardan biri idi. Bir dəfə yenə "Qədr” surəsini oxuduğu vaxt gələcəkdə onun üçün nə baş verəcəyini müşahidə edir. Mərcəiyyət məqamından tutmuş ölənə qədər bütün olacaqlar gözü önündən ötüb keçir. Amma sonralar onun həyatında baş verən dəyişikliklərə görə Qazinin verdiyi xüsusi tapşırıqlara əməl edə bilmir və onunla olan əlaqəsi kəsilir.
Ayətullah Xoi rəhmətlik Qazinin yanına getməzdən əvvəl onun seyri-sülukdakı metodunu bəyənmir və hətta bu fikrini də ona söyləyir. Əllamə Qazi cavabında ona deyir: "Sən də gələcəksən!” Doğrudan da bir müddətdən sonra Xoi Əllamə Qazinin yanına gedib ondan xüsusi tapşırıqlar alır.
Oxşar xəbərlər
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930