Rəhbərin uğursuzluğa aparan 3 səhlənkarlıq
Mьəllif: admin1
Tarix: 18-05-2017, 10:11

 Müsəlman lider və rəhbər idarə etdiyi ölkə və məmləkətdə digər şəxslərdən siyasi düşüncəsi və idarəçiliyi ilə seçildiyi kimi qətiyyəti ilə də seçilməlidir. Qətiyyəti olmayan süst və səhlənkar bir lider xalqının nümayəndələrinin haqlarını bərpa edə bilməz.

 

İslaminSesi.info - Hər bir liderin xalqın dəstəyinə ehtiyacı var. Xalqın dəstəyi olmazsa gec-tez onun hakimiyyətinin sütunları titrəməyə başlayacaq. Xalqın dəstəyini qazanmaq isə səmərəli idarəçilik, qətiyyətli olmaq, ədaləti bərpa etmək, ölkəni qorumaq və xalqın rifahını təmin etməkdən keçir. Xüsusilə də inanclı bir lider ədaləti bərpa etmək və xalqa xidmət baxımından daha çox iradəyə malik olur. Amma o bu yolda səhlənkarlığa yol verərsə məhbubiyyəti aradan gedəcək.

 

İmam Sadiq buyurub:

 

"Rəhbərin 3 işdə səhlənkarlıq etməsi, bəyənilən deyil və məhbubiyyətin azaldar.

1-(Ölkənin) hüdudları və sərhədlərini qorumaq,

2-Xalqın tapdalanmış və itmiş haqlarını qaytarıb bərpa etmək,

3- İşlər üçün səlahiyyətli və yaxşılarını seçmək"

 

(Tuhəful-Üqul, səh-319)

Oxşar xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31