Həzrət Məhəmməd (s) hansı ildə peyğəmbərliyə seçilmişdir?
Mьəllif: admin1
Tarix: 17-02-2023, 19:53
Həzrət Məhəmməd (s) hansı ildə peyğəmbərliyə seçilmişdir?
Bu barədə şiə və sünni təriqətləri arasında fikir ayrılığı var.

Şiə alimləri arasında məşhur nəzəriyyə budur ki, o həzrətin besəti “Ammul-fil”in (Fil ilinin) 40-cı ili, rəcəb ayının 27-sinə təsadüf etmişdir və bütün şiə alimləri bunu təsdiq edir. (1)

Əhli-sünnə alimlərinin məşhur nəzərinə əsasən, Peyğəmbərin (s) besəti “Ammul-fil”in 40-cı ili, ramazan ayında olmuşdur, lakin ramazan ayının neçəsində baş verməsi haqda onlar arasında fikir ayrılığı yaranmışdır; bir qrup bu ayın 17-si, bir qrup 18-i, digər bir qrup isə 24-ünü besət tarixi kimi vurğulamışdır. Həmçinin, besətin gecə və ya gündüz olması barədə də öz aralarında ixtilafa düçar olmuşlar. (2)

Bu qrupun müqbilində əhli-sünnə alimlərinin başqa bir dəstəsi rəbiul-əvvəl ayının 12-sini, digər bir dəstəsi isə həmin ayın 10-unu besət tarixi kimi qələmə almışlar. (3)

Əhli-sünnənin ümumilikdə ramazan ayını Peyğəmbərin (s) besət tarixi kimi qəbul etməsi barədə onların uyğun mövzu üçün gətirdikləri dəlillərin bir növ ictihad hesab edildiyini və bu məsələnin bir neçə cəhətdən qəbulolunmaz olduğunu deyə bilərik:

Əhli-sünnə alimlərindən bir qrupu elə təsəvvür etmişdir ki, Peyğəmbərin (s) besəti Quranın nazil olması ilə yanaşı olmuşdur, çünki “Bəqərə” surəsinin 85-ci ayəsinə əsasən – “Ramazan ayı, Quranın nazil olduğu aydır...”. (4) – Quran ramazan ayında nazil olmuşdur.

Deməli, Peyğəmbərin (s) besəti də həmin ayda gerçəkləşmişdir. Lakin bu fikir aşağıda qeyd olunan dəlillərə əsasən düzgün deyildir:

1. Təfsirçilərin nəzəri və ərəb lüğətinə əsasən «انزال» “İnzal” kəlməsi ilə istifadə olunan ayələr Quranın "tədricən" deyil, “birdəfəyə” nazil olması mənasınadır.

2. Bir çox əhli-sünnə aliminin nəzərinə əsasən, Quranın “birdəfəyə” nazil olması yalnız “Beytul-məmur”da baş vermis və ondan sonra tədricən nazil olmuşdur.

Belə ki, Süyuti özünün “Durrul-mənsur” kitabında sözügedən ayəni təfsir edərkən İbn Abbasdan belə bir hədisi nəql edir:

“O mübarək gecə Qədr gecəsidir və o gecə ramazan ayının gecələrindəndir. Quran həmin gecədə bütövlükdə “Zikr məqamı”ndan “Beytul-məmur”a nazil olmuşdur.

Daha sonra isə əmr və qadağa, halal-haram, eləcə də döyüşlərlə bağlı olaraq tədricən həzrət Mühəmmədə (s) nazil olundu.” (5)

Başqa bir hədisdə isə Zəhhakdan və o da İbn Abbasdan belə nəql edir: “Quran bütövlükdə Allah-taala tərəfindən “Lövhi-məhfuz”dan mələklərə (vəhyi Cəbrailə çatdıran və yazan mələklərə) nazil oldu. Onlar da 20 gecə ərzində Quranı tədrici olaraq Cəbrailə (ə) və Cəbrail də 20 il müddətində tədricən Peyğəmbərə (s) nazil etdi.” (6)

3. Əhli-sünnə alimlərinin vurğuladığı dəlilin ikinci hissəsinə nəzər saldıqda, Quranın nazil olmasını Peyğəmbərin (s) besəti ilə yanaşı hesab etdikləri müşahidə olunur.

Bu da onların öz sözləri ilə tam ziddiyyət təşkil edir. Belə ki, əksər əhli-sünnə mühəddis və tarixçiləri Peyğəmbərin (s) besət və nübüvvətinin ilk olaraq yuxu və röya halları ilə başlandığı və bir müddət keçdikdən sonra, o həzrətə vəhy olunduğu və nəhayət, Cəbrailin Quranı gətirdiyinə etiqad bəsləyirlər.

Qeyd edək ki, bu müddətin də 6 ay, 3 il, yaxud daha çox və ya az olmasında belə ixtilafa malikdirlər. (7)

Bu kimi fikirləri Süyuti özünün “Əl-İtqan” kitabında gətirmişdir. (8)

Nəticə etibarı ilə əhli-sünnə alimlərinin söylədiklərinə əsasən, Peyğəmbərin (s) besətinin Quranın nazil olması ilə eyni zamana təsadüf etməsinə inanmaq olmaz və Peyğəmbərin (s) besət tarixini onların söylədikləri kimi sübuta yetirmək mümkün deyil.

Peinevesht:

1. “Biharul-ənvar”, c.18, səh.190; “Tarixul-xəmis”, c.1, səh. 280.
2. “Sirətun-nəbəviyyə”, İbn Kəsir, səh. 392.
3. “Sirətun-nəbəviyyə”, İbn Kəsir, səh. 392.
4. “Quranın tərcüməsi”, Ayətullah Məkarim Şirazi.
5. “Durrul-mənsur”, Süyuti, c.1, səh.189.
6. “Əl-İtqan”, Süyuti, c.1, səh.69.
7. “Sirətun-nəbəviyyə”, İbn Kəsir, c.1, səh-388; “Əl-İtqan”, c.1, səh.70.
8. “Əl-İtqan”, Süyuti, c.1, səh



/makarem.ir/
Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031