Allah-taala sevir ki, ona tərəf dua üçün qaldırılan əldə əqiq üzük olsun
Mьəllif: admin1
Tarix: 28-11-2020, 10:59
Allah-taala sevir ki, ona tərəf dua üçün qaldırılan əldə əqiq üzük olsun
Üzüyün qaşının nə olması daha yaxşıdır? Hədislərimiz bizə bununla bağlı bəzi tövsiyələr verir.

O cümlədən, Həzrət Peyğəmbər (s) buyurur: “Ələ yaqutdan olan üzük taxmaq – yoxsulluğun aradan getməsinə səbəb olar. O kəs ki, əqiq üzük taxar – ümid vardır ki, aqibəti xeyirli olsun”.

İmam Əli (ə) buyurur: “O kəs ki, əqiq üzük taxar, Allah aqibətini imanla sona çatdırar”.

İmam Sadiq (ə) buyurur: “Əlinizə əqiq üzük taxın ki, əqiq ilk dağ olmuşdur ki, Allahın rübubiyyətinə, Peyğəmbərin (s) nübuvvətinə və İmam Əlinin (ə) vəsiliyinə etiraf etmişdir.

Bu, o dağdır ki, Allah Təala Musa (ə) ilə danışmışdır. O kəs ki, əqiq üzüklə namaz qılar, savabı başqa üzük taxan insanın savabından 40 dəfə çox olar”.

Süleyman Əmaş nəql edir: “İmam Sadiqlə (ə) bir yerdə Mənsurun evində idik. Şallaq dəyən insan evdən bayıra çıxdı.

İmam buyurdu: “Ey Süleyman! Onun üzüyünün qaşına nəzər sal!”.

Dedim: “Ey Allahın Rəsulunun oğlu! Üzüyünün qaşı əqiqdən qeyrisidir”.

İmam (ə) buyurdu: “Ey Süleyman! Əgər qaşı əqiq olsaydı, şallaq yeməzdi”.

Dedim: “Daha çox məlumat verin”.

Buyurdu: “Əqiq qaş öldürülməyə qarşı təhlükəsizlik verir”.

Dedim: “Daha çox məlumat verin”.

Buyurdu: “Allah Təala sevir ki, ona tərəf dua üçün qaldırılan əldə əqiq üzük olsun. O, hər bir bəladan qoruyandır. O, yoxsulluqdan amandır””.

İmam Sadiq (ə) buyurur: “Hər kim əlinə gümüş əqiq üzük taxar – yoxsul olmaz, xeyirdən savayı başqası ona çatmaz”.

İmam Əli (ə) buyurur: “Əlinizə əqiq üzük taxın ki, sizin üçün mübarəkdir və hər bir bəladan amanda olacaqsınız”.

İmam Sadiq (ə) nəql edir: “Bir nəfər Peyğəmbərə (s) şikayətə gəlir ki, yolkəsən ona hücum etmişdir.

Həzrət (s) buyurur: “Məgər əlində əqiq üzüyün yox idi? Bu üzük hər bir pislikdən qoruyar””.

İmam Baqir (ə) buyurur: “Hər kim əlinə əqiq üzük taxar – o zamana qədər ki, əlində olar, yaxşılıq ona üz çevirər və Allah tərəfindən gözətçi olar”.

Həzrət Peyğəmbər (s) buyurur: “Hər kim sarı yağut üzüyü əlinə taxar – yoxsulluğa düçar olmaz”.




/Deyerler.org/
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930