Qiyamətin 31 adı və onların mənası
![]() Bəziləri fərqli adlandırma olsa da təqribən eyni mənanı verirlər. Qiyamətin 31 adını təqdim edirik: 1- Yəumul-hesab: Hesab günü 2- Yəumud-din: Haq-hesab günü 3- Yəumul-Cəm: Hamının toplaşdığı gün 4- Yəumul- Fəsl: Hər şeyin ayırd edildiyi və ya bir-birindən ayrıldığı gün 5- Yəumul-xuruc: Qəbirlərdən çıxma günü 6- Yəumul-Məvud: Vəd edilmiş gün 7- Yəumul-xulud: Əbədiyyət günü 8- Yəumul-həsrə: Həsrət günü 9- Yəumut-Təğabun: Cənnət əhlinin cəhənnəm əhlinə rişxənd etdiyi gün 10- Yəumut-tənad: Vaveyla günü 11- Yəumut-təlaq: Görüş günü; Biri zülm etdiyi məzlumla üzləşəcək, biri günah etdiyi rəbbi ilə 12- Yəumul-Əzifə: Qorxudan, ürəklərin ağıza gələcəyi gün 13- Yəumul-vəid: Cəhənnəm vədəsininin həyata keçəcəyi gün 14- Yəumul-həqq: Haqq günü, bu gün yalnız haqq öndə olacaq, haqq danışacaq, batil deyil 15- Yəumul-Bəəs: Məzardan qalxmaq və hərəkət günü 16- əd-Darul-Axirə: Axirət günü ( Axirət son deməkdir) 17- əs-Saə: (Qorxulu və talüyyüklü) An 18- əl-Haqqə: Nazil olan (əzablı və şiddətli) qiyamət 19- əs-Saxxətu: Qulağı kar edən səs 20- ət-Tammətul-Kubra: Böyük müsibət günü 21- əl-Ğaşiyə: (Aləmi) çulğalayan gün 22- əl-Qariə: Qoparan (ürəkləri qoparan, hər şeyi yerindən qoparan) 23- əl-Miad: Qayıdış 24- Vaqiə: Hadisə 25- Yəumul-Axir: Son gün 26- əl-vəqt əl-Məlum: Məlum zaman 27- Yəum tubləs-sərair: Sirlərin aşkar olduğu gün 28- Yəumun la yənfəu malun və la bənun: Malın və övladların fayda vermədiyi gün 29- Yəvmun la yuğna məulən ən məula şəyən: Nökərin ağaya və ya dostun dosta fayda verməyəcəyi gün 30- Yəumul-Firaq: Ayrılıq günü 31- Yəumur-Racifə: Günahkarların sarsıldığı gün Oxşar xəbərlər
|