Ən möhkəm rabitələrin qırıldığı gün
Mьəllif: admin1
Tarix: 29-03-2015, 22:17
Ən möhkəm rabitələrin qırıldığı gün

İlahi vədələrdən biri də budur ki, Qiyamət günü bütün insanlar məhşur olacaqlar və onlardan bir nəfər belə qalmayacaqdır. Ona görə də Qiyamət günü Həzrət Adəmin (ə) zamanından tutmuş bəşərin son anına qədər dünyaya gələn insanların hamısı mütləq məhşur olacaqlar.
Bu qədər cəmiyyətin içində bir insanın sərgərdan olması və nigaran olması ona bənzəyir ki, dərin bir okeanda qərq olmuşdur. Xilas olmağından savayı bir şeyi düşünə bilməz.

Qiyamət günü - hesab günüdür. O gün insana o çox ağır keçəcəkdir və insanlar öz aqibətlərini və əməllərini düşünəcəklər. Özündən başqasını düşünə bilməzlər. Quran buyurur: “O gün hər bir insanı özü ilə məşğul edəcək işi-gücü olacaqdır”. (“Əbəsə” 37).

Dünya həyatından fərqli olaraq, insan Qiyamət günü öz əməl və aqibətinə diqqət edəcəkdir, əhəmiyyət verəcəkdir. Axirətdə vəziyyət tamamilə dəyişər. İnsan üçün mühüm olan tək şey – hesab verdikdən sonrakı taleyidir.

Bu günü insan hətta ən yaxın insanları olan atasını, anasını, bacısını, qardaşını, övladlarını... unudar. “O gün insan qaçar öz qardaşından; Anasından və atasından; Zövcəsindən və oğullarından”. (“Əbəsə” 34-36).

Bu ayələr onu göstərir ki, Qiyamət gününün dəhşəti o qədər böyükdür ki, insan bütün rabitələrindən qırılar. Bəziləri deyir ki, bu qaçış bəlkə ona görədir ki, onlar imana gəlməyiblər və onun taleyinə təsir qoya bilərlər. Bəziləri isə belə düşünür ki, məbada bu insanların onun üzərində haqları olsun. Ondan həmin haqqı tələb etsinlər.

Həzrət Peyğəmbər (s) buyurur: “Üç yerdə heç bir kəs başqasını düşünməz: tərəzi zamanı ki, görsün tərəzisi ağırdır, yoxsa yüngül. Sirat zamanı ki, görsün ondan keçə biləcəkdir, yoxsa yox. Əməl dəftərini alan zaman ki, görsün sağ əlinə verəcəklər, yoxsa sol əlinə. Bu üç halda heç kəs insan ən səmimi dostunu və ya sevdiyini və ya yaxınını və ya övladını, valideynini... düşünməz. Qiyamətin qorxulu səhnələrinə görə bu hadisə baş verəcəkdir”.

Qurani-Kərimdə oxuyuruq: “Və o (əcəl sona yetişən və Qiyamət) gəlib çatan zaman Onun izni olmadan heç kəs danışmaz. Beləliklə, onlardan bəzisi bədbəxtdir (öz vücudunun bütün xeyirlərini puç edib) və bəzisi xoşbəxt (öz vücudunun bütün xeyirlərini əldə edib). Bədbəxt olanlara gəlincə, onlar od içərisindədirlər, orada nalələri və (uzunqulaqların anqırtısına bənzər) nəfəs alıb-vermələri vardır. Orada (axirət aləminin) göylər(i) və yer(i) durduqca əbədi qalacaqlar, Rəbbinin istədiyi şey (əbədiliyi dəyişdirmək istəməsi) istisna olmaqla (hərçənd ki, şübhəsiz, O da bunu dəyişdirməyəcəkdir). Şübhəsiz sənin Rəbbin istədiyi şeyi qüdrətlə yerinə yetirəndir”. (“Hud” 105-107).

İmam Sadiq (ə) buyurur: “Qiyamət günü ən peşman olan kəs odur ki, insanlar üçün ədalətdən danışsın, ancaq özü başqalarına ədaləti rəva bilməsin”.
Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031