Allah bu dünyada bir Əhli-beyt (ə) ardıcılını günahdan necə təmizləyir?
![]() Burada sual oluna bilər ki, bəs Allah, o dünyada əbədi səadətə qovuşdurmaq istədiyi bir mömini bu dünyadakı günahlarından necə təmizləyir? Bu haqda İmam Əlidən nəql olunan hədisi təqdim edirik: “Bir gün Abdullah bin Yəhya İmam Əlinin yanına gəldi. O burada olan bir stulun üzərində oturdu. Stul əyildi və onun bır ayağı sındı. Abdullah bin Yəhya isə yıxılaraq başı şiddətli şəkildə yerə çırpıldı. Onun başı yarıldı və qan axmağa başladı. İmam Əli göstəriş verdi ki su gətirsinlər. İmam həmin su ilə onun başını yudu. İmam daha sonra onu yaxına çəkdi və əlini onun başındakı yaraya sürtdü. Çox qısa bir zamanda başı tam sağlam vəziyyətə gəldi. Bu zaman İmam buyurdu: Ey Abdullah, həmd və şükür olsun o Allaha ki, bizim şiələrimizin günahlardan təmizlənməsini,onların çətinlik çəkməsində qərar verib. Bunu edib ki, onların itaətçiliyini və tabeçiliyini tam sağlam və qatqısız etsin və nəticədə onlar savaba və əcrə layiq olsunlar. Bu zaman Abdullah ibni Yəhya dedi: Ey möminlərin əmiri! Yəni biz günahlarımıza görə yalnız bu dünyada cəza alacağıq demək? İmam buyurdu: Bəli, sən eşitməmisən ki Peyğəmbər buyurdu: Dünya möminin zindanı kafirin isə cənnətidir?!” (Təfsir İmam Əskəri, səh 22-25) (İslaminSesi.info) Oxşar xəbərlər
|