Mömin bəndə ölən zaman nələri görər?
Mьəllif: admin1
Tarix: 3-12-2021, 22:33
Mömin bəndə ölən zaman nələri görər?
Ayətullah Cavadi Amilinin möminim ölüm zamanı gördüyü səhnələr haqda çıxışını təqdim edirik:

“İmam Sadiq (ə) buyurdu: "Allaha and olsun onların ikisini görəcək".

Mən soruşdum anam atam sənə qurban kimləri görəcək?

Cavab verdi o Allahın Rəsulu və Əlini görəcək. Bəli hədislərdə gəlib ki mömin üçün ölüm anı kimi ləzzətbəxş bir an yoxdur.

İndi əgər bizim əlimiz bunların (Əhli-beyt) hərəminə çatsa zirehinə çatsa bunula fəxr edərik. Amma onların gəlib başımızın üzərində durması başqadır.

İmam Sadiq (ə) buyurur: "Bil ki hər bir mömin bəndə vəfat edəndə bu iki müqəddəs zatı görərlər. Ravi soruşur. Əgər mömin bunlara baxdıqdan sonra dünyaya qayıtmaq istəyərmi? İmam buyurdu xeyr, qayıtmaz..."

Ravi yenidən soruşur: Onlar mömin bəndəyə bir şey deyəcəklərmi?

İmam (ə) buyurdu: "Bəli, Onlar ikisi möminə xatırladarlar (bəzi şeyləri). Peyğəmbər (s) möminin başı üstündə İmam Əli (ə) isə ayağı tərəfində oturar".

Peyğəmbər (s) ona müjdə verər və deyər: Ey Allaın dostu mən sənin dünyada etdiklərinə görə sən üçün bir feyzəm.

Daha sonra Peyğəmbər (s) durar İmam Əli (ə) onun başı üstündə oturar və deyər: "Sənə müjdə verirəm, Mən Əli ibni Əbu-Talibəm, həmin sənin sevdiyin şəxsəm, Mən sənə fayda verəcəyəm".

İmam Sadiq (ə) dönüb səhabəsi Əqəbəyə izah edir ki mənim bu dediklərim Quranda var. Əqəbə deyir ki mən İmam Sadiqdən (ə) bunun Quranın harasında olduğunu soruşdum.

İmam Sadiq (ə) Yunis surəsinin 62-63-64-cü ayələri ilə cavab verdi:

"Şübhəsiz ki, Allahın dostlarının heç bir qorxusu yoxdur və onlar kədərlənməyəcəklər.

O kəslər ki, iman gətirmiş və pis əməllərdən çəkinmişlər - Onlara dünyada da, axirətdə də müjdə vardır. Allahın sözləri (verdiyi vədlər) heç vaxt dəyişməz. Bu, böyük qurtuluşdur (uğurdur)!”


Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930