Dünyasını dəyişənlərə necə yardım edə bilərik?
![]() Həzrət (ə) başqa yerdə buyurur: "Nə zaman ki, yaşayanlar hədiyyə ilə sevinər, qəbir və bərzəx əhli də onlara edilən istiğfar ilə sevinərlər”. Məsumlar (ə) bizə ölülərimiz üçün Quran oxumağın faydalı olacağını tövsiyə etmişdilər. O cümlədən: "Yasin”, "Saffat”, "Əhzab”, "Ayətül-kürsü”, "Əraf” surəsinin 54-cü ayəsi, "Bəqərə” surəsinin son üç ayəsi tövsiyə edilir. Həmçinin qəbir evinin ilk gecəsində vəhşət namazı qılmaq çox müstəhəbdir. İmam Sadiq (ə) buyurur: "”Təbarük”lə başlayan surələri meyitin qəbirinin başında oxumaq qəbir əzabının aradan qalxmasına səbəb olar”. Mərhum Nuri "Misbahil zaid” kitabında yazır: "Meyyiti ziyarət etməyin yolu belədir ki, qibləyə çevril və əlini qəbirə qoyaraq de: "ALLAHım! Qürbətdə ona yardım et və onun tənhalığını öz cəmlik məqamınla rabitələndir. Onun qorxusunu təhlükəsizliyə çevir. Öz rəhmətindən ona rəhmət göndər. Onu sevdiyinə qovuşdur (Məsum İmamlara (ə)). Sonra isə "Qədr” surəsini 7 dəfə oxu”. Bundan başqa hər gün Quran oxuyub, savabını ölülərimizə hədiyyə edə bilərik. /ehliwie-samux.com/ Oxşar xəbərlər
|