Bu surəni 22 dəfə oxuyun və ondan sonra 1000 dəfə salavat göndərin, sonra hacətinizi istəyin
Mьəllif: admin1
Tarix: 22-03-2022, 21:56
Bu surəni 22 dəfə oxuyun və ondan sonra 1000 dəfə salavat göndərin, sonra hacətinizi istəyin
Təfsirçilərin nəzərinə görə "Təkasur” surəsi o qəbilərlər üçün nazil olmuşdur ki, bir-biri ilə lovğalanırdılar. İnsanlarının, mallarının sayına görə. O yerə qədər ki, qəbirstanlığa gedir və qəbirləni sayırdılar.

"Təkasur” – Qurani-Kərimin 102-ci surəsidir və Məkkədə nazil olub. 8 ayəsi vardır. İmam Əli (ə) buyurur ki, bu surə qəbir əzabının haqq olduğu barədə nazil olmuşdur.

Həzrət Peyğəmbər (s) buyurur: "Bu surəni qiraət etmək Quranın 1000 ayəsinə bərabərdir”.

Rəsuli-Əkrəm (s) yenə buyurur: "Kər kim "Təkasur” surəsini qiraət edərsə, mələkutda şükrü əda edən kimi çağırılar”.

İmam Sadiq (ə) buyurur: "Hər kim "Təkasur” surəsini vacib və ya müstəhəb namazlarda oxuyarsa, Allah ona yüz şəhidin savabını yazar. Hər kim onu müstəhəb namazda oxuyarsa, ona 50 şəhidin savabı yazılar”.

Həzrət Peyğəmbər (s) nəql edir ki, hər kim bu surəni oxuyarsa, Allah dünyada ona verdiyi nemətlərin hesabını çəkməz. Hər kim yağış yağan zaman onu oxuyarsa, onu sona çatdıran zaman Allah günahlarını bağışlayar.

Başqa bir hədisdə oxuyuruq ki, hər kim əsr namazında bu surəni oxuyarsa, o biri gün batana qədər amanda olar.

Həzrət Peyğəmbər (s) buyurur: "Hər kim yatan zaman "Təkasur” surəsini sadiq niyyətlə oxuyarsa, ona 70 min həsənə verilər. 70 min günahı pak olar. 70 min dərəcə ona əta olunar. Bu surəni qiraət edən ailəsinə, qonşularına və qohumlarına görə şəfaət edə bilər. Allah Nəkir və Münkir mələklərinin çətin rəftarını onun üçün hamar edər”.

Bu surənin bərəkətləri.

Böyük mal əldə edər.

Nəql edilir ki, hər kim bazar ertəsi və ya çərşənbə günü "Təkasur” surəsini 40 dəfə oxuyarsa, ona böyük bir mal çatar və elə bir xeyir əldə edər ki, zehninə belə sığmaz.

Hacəti yerinə yetər.

İmam Sadiq (ə) buyurur: "Xəlvətdə "Təkasur” surəsini 22 dəfə oxuyun və ondan sonra 1000 dəfə salavat göndərin, sonra hacətinizi istəyin ki, Allah yerinə yetirər”.

Baş ağrısını dəf edər.

Hər kim bu surəni başı ağrıyan insana oxuyar, Allahın izni ilə ağrısı gedər.

Hədislərin birində oxuyuruq ki, bu keyfiyyətdə iki rükət namaz qılmaq ölülər üçün çox fəzilətlidir: birinci rükətdə "Həmddən” sonra "Ayətül-kürsü”, iki dəfə "Tövhid” və ikinci rükətdə "Həmddən” sonra 10 dəfə "Təkasur” surəsini oxu. Sonra onu ölən yaxınına hədiyyə et.




www.ahliman.info
Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031