Zalım xəlifənin qəribə yuxusunun yozumu
Mьəllif: admin1
Tarix: 9-04-2017, 12:11
Zalım xəlifənin qəribə yuxusunun yozumu
Mütəvəkkil (lən) tarixdə ən qəddar və qan tökən xəlifə kimi tanınmış bir insan olmuşdur. O, İmam Əli (ə) və Ali-Əli (ə) ilə sərt düşmənçilik edirdi.

O, gecələrin birində bir yuxu görür. Görür ki, Həzrət Əli (ə) alovlanan atəşin arasındadır. Ayılan zaman bu yuxuya görə sevinir, çünki Əli (ə) ilə düşmən idi. Yuxunu yoza bilən alimlərdən birindən istəyir ki, bu qəribə yuxusunu onun üçün yozsun. Alim Əlinin (ə) adını çəkmədən ona deyir: “Layiqlidir ki, atəş içində gördüyün şəxs Peyğəmbər (s) və ya onun vəsisi olsun”.

Mütəvəkkil deyir: “Bu yuxunu yozumunu haradan deyirsən?”.
Alim deyir: “Quranın “Nəml” surəsinin 8-ci ayəsində oxuyuruq: “Musa alovun yanına çatdıqda belə bir nida gəldi: «Alovun içində olan (qüdrət və cəlalı alovda təcəlli edən Allah, yaxud alovun içində Allahın müqəddəsliyini bəyan edən mələklər), alovun yanında olan (Musa) çox xeyirli və bərəkətlidir. Aləmlərin Rəbbi olan Allah pak və müqəddəsdir».

/Deyerler.org/
Oxşar xəbərlər
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930