“Cameyi-Kəbirə” ziyarətinin müəllifi İmam Hadi (ə)
Mьəllif: admin1
Tarix: 25-01-2023, 11:39
“Cameyi-Kəbirə” ziyarətinin müəllifi İmam Hadi (ə)
O zaman ki, İmam Hadi (ə) Mütəvəkkilin əmri ilə Samirra şəhərinə gətirilir, İmamı (ə) incitmək etmək niyyətilə ona dilənçilərin toplaşdığı yerdə yer verirlər.

Bəhanə gətirirlər ki, hələ İmam (ə) üçün nəzərdə tutuqları yeri hazır etməyiblər. Bir müddət sonra isə İmamı (ə) hərbi hissədə qərar tutan bir evə aparırlar.

Xəlifə əmr vermişdir ki, Həzrətin (ə) qərar tutduğu otaqda bir qəbir qazsınlar və İmamı (ə) kontrol etdiklərindən agah etsinlər. Ona görə də İmam Hadi (ə) ömrünün ən ağır çağlarını yaşamağa başlayır.

Mütəvəkkil bir neçə dəfə İmamın (ə) qətl olmaq əmrini verir, ancaq hər dəfə də müxtəlif səbəblərdən bu fikrindən daşınır.

İmam Hadidən (ə) bizə yadigar qalan əsərlərdən biri “Cameyi-Kəbirə” ziyarətidir. Bu ziyarətin əhəmiyyəti o zaman aşkar olur ki, İmamın (ə) qərar tutduğu vəziyyətlə daha yaxından tanış olarıq.

Bəziləri o zamanda İmama (ə) sitayişdə mübaliğə edirdilər. İmam (ə) da bu insanların əqidəsini inkar etmək üçün bəlağətli bu ziyarəti təlim verir ki, onun vasitəsilə hər bir İmamı (ə) ziyarət etmək olar. “Cameyi-Kəbirə” ziyarəti İmaməti, İslam siyasətinin fəlsəfə və rəmzi hesab edir.

Bütün möminlərə xatırladır ki, İlahi ədalət hökuməti ancaq Məsumlara (ə) aiddir.

İmam (ə) ağır zamanda yaşasa da, öz təlim və tərbiyəsindən əl çəkmirdi. Müxtəlif suallara cavab verir və insanları maarifləndirirdi. Çox sayda hədis yazan və əhkam elminə vaqif olan insanlar yetişdirir. Şeyx Tusi bu şagirdlərin sayının 185 nəfər olduğunu bəyan edir.

İmam Hadi (ə) Rəcəb ayının 3-də 254-cü Qəməri ilində Mötəzin əmri ilə nar suyuna tökülən zəhərlə şəhadətə çatır. O zaman ki, Həzrətin (ə) aşiqləri onun şəhadət xəbərini eşidirlər, cənazəsini dəfn etmək üçün toplaşır, fəryad çəkirlər.

Cəmiyyət o qədər çox idi ki, hətta İmam Həsən Əsgərinin (ə) bu cəmiyyət içərisində hərəkət etməsi çətin olmuşdu.

İmamı (ə) Samirrada dəfn edirlər. O yeri İmam Hadi (ə) Dəlil ibni Yəqubdan satın almışdı. İmam Həsən Əsgərinin (ə) dəfnindən sonra o yer Əhli-Beyt (ə) aşiqləri üçün ziyarətgaha çevrildi və mübarək qəbirlərin üzərində məbəd ucaldı.

Salam olsun sənə ey İmam Hadi (ə)!

Salam olsun sənə ey Samirranın sönməz günəşi!



/Deyerler.org/
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930