İmam Hadinin (ə) uşaqlıq dövrü haqda Rəhbərdən maraqlı hədis
Müəllif: Admin
Tarix: 10-03-2019, 10:38
İmam Hadinin (ə) uşaqlıq dövrü haqda Rəhbərdən maraqlı hədis

Ayətullah Xamenei: “İmam Hadinin uşaqlıq dövrü haqda maraqlı bir hədis var. 218-ci hicri-qəməri ilində Mötəsim İmam Cavadı Mədinədən Bağdada gətizdirdi.

Yəni İmamın şəhid edilməsindən iki il öncə. İmam Hadi o zaman 6 yaşında idi ki atası ilə birgə Bağdada gəlmişdi. İmam ailəsi Bağdada gələndə Mötəsim ailə üzvləri haqda maraqlanmağa başladı. Eşidib biləndə ki İmam Hadinin 6 yaşı var, dedi ki bu təhlükəlidir və bu haqda bir şey firikləşmək lazımdır.

Mötəsim öz yaxınlarından birini çağırıb ona tapşırdı ki bu uşaqa elə bir müəllim tapsın ki ələvilərlə düşmən olsun həm də bu uşağı istənilən şəkildə və xilafətə bağlı bir şəxs kimi tərbiyələndirsin. Ona görə Mədinədən əl-Cuneydi adlı birini tapdılar ki əhli-beytə ən zidd və ən düşmən olan şəxslərdən idi.

O Mədinənin alimlərindən biri idi. Beləliklə əl-Cuneydi xəlifənin əmri ilə 6 yaşlı İmam Hadini tərbiyələndirməyə başladı və kimsənin onunla otur-dur etməsinə imkan vermirdi.

Bir neçə il sonra xilafət sarayının nümayəndələrindən biri əl-Cuneydini görüb, ona tapşırılan uşaq haqda soruşdu. əl-Cuneydi dedi:

Uşaq?!, Bu uşaqdır?!, Mən ədəb barədə ona bir şey deyirəmsə, o mənə ədəbin bablarından deyir ki mən də ondan istifadə edirəm. Bunlar hara dərs almaq hara!, Bunlar haradan dərs alıblar?!

Bəzən otağa girəndə ona deyirəm ki, Qurandan bir surə oxu!, o mənə hansı surəni oxuyum deyir. Ona, məsələn Ali-İmran kimi böyük surələrdən birini oxu deyirəm.

O bunu oxuyur, çətin yerlərini də mənim üçün mənalandırır. Bunlar alimdirlər. Onlar Quran hafizi, alimi və müfəssiridirlər və onun təvilini yaxşı bilirlər. Uşaq?! Bu uşaq deyil Allahın vəliyyidir elə bil! (Biz hökmü uşaq ikən ona verdik. – Məryəm-12).

İmam bu ustadla bir müddət davam etdi və o ustad sonra ixlaslı şiələrdən biri oldu”.


(İslaminSesi)
Oxşar xəbərlər
«    Mart 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031