İmamın dünənimiz və sabahımız haqda maraqlı hədisi
Mьəllif: admin1
Tarix: 29-01-2022, 10:56
İmamın dünənimiz və sabahımız haqda maraqlı hədisi
Hədislərə görə qiyamətdə insandan soruşulacaq suallardan biri də cavanlığının və vaxtının harada keçirilməsidir.

Dini anlayışa görə ömrünü bihudə şeylərə sərf edən və ondan istifadə edə bilməyən ticarətdə sərmayəsini itirən və ziyan görən adama bənzəyir.

Hədislərin birində vaxtın keçməsini buludların sürətlə keçməsinə bənzədilib və müsəlmana ondan istifadə etmək lazımi şəkildə yararlanmaq tövsiyə edilir.

Əxlaq alimlərinin tövsiyələrində daha çox buyurulan məsələ vaxtın dəqiq şəkildə tənzimlənməsi və onun bihudə yerlərə sərf edilməməsidir.

Nəql edilən hədislərin birində vaxtın nəfəslərdən təşkil edildiyi və bu nəfəslərin hər birinin də ölümə sarı atılan bir addım olduğu göstərilir.

İmam Əli (ə) buyurur: "Sənin vaxtların ömrünün hissələridir, elə isə vaxtını səni xilas edəcək işlərdən qeyrisinə sərf etmə!"

İmam Əli dünənimiz, bugün və sabahımız barədə maraqlı bir hədis buyurur ki burada insanın zamana baxışı düzgün şəkildə təsvir edilir:

“Fövtə gedən (dünən) arxada qalıbdır, qarşıda gələn (sabah) haradadır?!, Bu iki yoxun arasındakı fürsəti qənimət bil”


Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930